YUNESKO-NUN BAŞ DİREKTORU NAZİRLƏRLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, YUNESKO-nun baş direktoru Koişiro Matsuura mayın 15-də “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda 5-ci regional konfrans çərçivəsində nazirlərlə görüşmüşdür.
Azərbaycanin təhsil, mədəniyyət və turizm, səhiyyə, ekologiya və təbii sərvətlər, gənclər və idman nazirlərinin, xarici işlər naziri müavininin, Ailə, Qadin və Usaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin iştirak etdikləri görüsdə bu sahələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı yaranmış problemlərin aradan qaldırılması yolları müzakirə olunmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, ümumbəsəri mədəni dəyərlərin qorunmasında böyük xidmətləri olan YUNESKO Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər torpaqlarında, habelə Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarix-mədəniyyət abidələrinin dağıdılmasına öz münasibətini bildirməlidir. Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarındakı abidələri məhv etməsinin qarşısının alınması üçün müəyyən təzyiq göstərilməsinin, xalqımıza məxsus mədəni irsin qorunması üçün əməli addımların atılmasının arzuedilən olduğu vurğulanmışdır.
Nazir vəziyyətlə yerində tanıs olmaq üçün YUNESKO-nun mədəniyyət abidələri ilə bağlı missiyasının Ermənistana və işğal altındakı Azərbaycan torpaqlarına səfərini vacib hesab etdiyini bildirmişdir.
Cənab Koişiro Matsuura YUNESKO-nun mədəniyyət abidələri ilə bağlı faktaraşdırıcı missiyasının regiona səfərini istisna etməyərək demişdir ki, Dağlıq Qarabağdakı mədəniyyət abidələrinin, ümumiyyətlə, Azərbaycana məxsus tarixi abidələrin qorunması vacib məsələdir. Beynəlxalq təskilat kimi YUNESKO vəziyyəti izləyir. Biz regiona faktaraşdırıcı missiya göndərməyi planlaşdırırıq. Ancaq səfərin nə vaxt baş tutacağını hələlik dəqiq deyə bilmərəm. Səfərin vaxtı və missiyanın tərkibi müəyyənləşdirilməlidir.
İşğal olunmuş ərazilərdəki abidələrin dağıdılmasının
yolverilməz olduğunu bildirən xarici işlər nazirinin müavini Vaqif Sadıqov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha açıqlamışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurumla YUNESKO arasında əməkdaşlığa dair təkliflərini söyləmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məşğulluğunun təmin edilməsi üçün peşəyönümlü kursların təşkili, qadınlar arasında savadsızlığın aradan qaldırılması məqsədi ilə xüsusi proqramların hazırlanması sahəsində birgə əməkdaşlıq da daxil olmaqla, 20-dək təklif irəli sürülmüşdür.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün görülən işlərdən danışmışdır.
Azərbaycan əhalisinin 66 faizini gənclərin təşkil etdiyini deyən gənclər və idman naziri Azad Rəhimov bu sahədə uğurlu dövlət siyasəti aparıldığını xatırlatmışdır. Bildirilmişdir ki, bu ilin oktyabrında Azərbaycanda gənclər arasında dünya məsğulluq sammiti keçiriləcəkdir.
Ölkədə bütün sahələrdə inkişafı yüksək qiymətləndirən Koişiro Matsuura təhsil və mədəniyyət sahələrindəki uğurları xüsusi vurğulamışdır. O, Bakıda YUNESKO-nun təhsil problemləri üzrə Avropa regional konfransının keçirilməsini təhsilə verilən önəmin göstəricisi kimi qiymətləndirmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə təşkilatın Azərbaycanla əlaqələrində yeni mərhələnin başlandığını deyən cənab Koişiro Matsuura əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini söyləmişdir.
######
