İQTİSADİYYAT
“Zərdab” EŞ Müəssisəsi üzrə qayda pozuntularının qarşısı alınır
Bakı, 16 avqust (AZƏRTAC). Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 6 ayında Zərdab Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində keçirilmiş reydlər zamanı 63 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Reyd nəticəsində 102 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 6,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
Bu dövrdə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 min kilovat-saatdan çox artaraq təxminən 23,1 milyon kilovat-saat olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:02]
“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb
- 27.06.2024 [20:39]
TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək
- 27.06.2024 [19:28]
Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar
- 27.06.2024 [17:40]