Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zeynəddin kəndinin üzüm bağlarından reportaj

Naxçıvan, 25 sentyabr, Nail Əsgərov, AZƏRTAC

Qədim zamanlardan ölkəmizin bir çox bölgəsində insanlar üzümçülüklə məşğul olub, üzümdən müxtəlif adda, özünəməxsus dadda məhsullar hazırlayıblar. Təsadüfi deyil ki, sovetlər dönəmində 274 min hektara yaxın üzüm bağı olan Azərbaycan ittifaq respublikaları arasında üzüm və şərab istehsalına görə birinci yeri tutub.

Bərəkətli torpağı, əlverişli iqlim şəraiti Naxçıvanda əsrlər öncə üzümçülüyün inkişafına və şöhrətinin yayılmasına səbəb olub. Hələ XIII əsrdə yazılmış “Əcaibəd-Dünya” adlı coğrafi əsərdə Naxçıvan şəhərindən bəhs edilərək, buranın üzümünün çox ləzzətli olduğu bildirilib. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Naxçıvanda hektarlarla üzüm bağları salınıb, burada yetişdirilən məhsulun şöhrəti ittifaq respublikalarına yayılıb. Bu gün də muxtar respublikada tarixi üzümçülük ənənələri yaşadılır.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı muxtar respublikanın bərəkətli torpaqları ilə tanınan Babək rayonunun Zeynəddin kəndində tarixi ötən əsrin 50-60-cı illərinə gedib çıxan üzüm bağlarından reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

Günəşin şəfəqlərinin ətrafa yayıldığı bir payız günündə yolumu yaşıllıqlar guşəsi sayılan, bol-bərəkətli Zeynəddin torpağından salıram. Rahat, abad yolla şütüyən maşının pəncərəsindən ətrafı seyr etdikcə Hacıvar, Badaşqan, Yarımca kəndlərinin timsalında payızın füsunkar görüntüsünü seyr edirəm. Yolboyu nizamla əkilmiş ağacların qızılı rəngə bürünən qol-budaqları mülayim küləyin təsiri ilə sanki rəqs edir, tarlalarda şum aparan texnikaların üzəri payız günəşinin ilıq şüası altında parıldayır. Dəyanətli əsgər kimi vüqarla dayanan Əshabi-Kəhf və Nəhəcirin, Naxçıvanın simvoluna çevrilən Haçadağın üzərini duman alsa da, külək topa buludları ora-bura qovur. Zəhmətkeş insanlar isə öz işlərini görürlər. Onları nə əsən külək, nə də sis, duman sevimli məşğuliyyətlərindən ayıra bilmir.

Çox çəkmir ki, payız mənzərələri öz yerini iş-güc dalınca tələsən insanların hərəkət elədiyi asfalt küçələrə, abad səkilərə verir. Həyətində oynayan uşaqların şən-şaqraq səslərinin ətrafa yayıldığı Zeynəddin kənd tam orta məktəbini arxada buraxıb ünvana yetişirik. Uzaqdan ucu-bucağı görünməyən bağ-bağat içərisində başını qaldırmadan yan-yana çalışan iki zirək ömür-gün yoldaşı diqqətimi çəkir. Başları işə elə möhkəm qarışıb ki, onlara yaxınlaşmağımı belə hiss etmirlər. Salam verir, “işiniz irəli, məhsulunuz bərəkətli olsun”,-deyirəm. Hal-əhval tutduqdan sonra nizamla toxunmuş yaşıl xalıya bənzəyən, üzərinə şeh qonan üzüm talvarından bir salxım qoparıb mənə uzadır, “buyur ye, gör, Zeynəddin üzümünün dadı necədir?”, – deyir. Elə ilk giləsindən bir başqa dad-tamı olduğunu hiss edirəm. “Neçə ildir ki, üzüm yetişdirməklə məşğulsunuz?”, – deyib söhbətə körpü salıram. Öyrənirəm ki, yaşı 85-i haqlamış Həbib Seyidov uzun illər pedaqoji fəaliyyət göstərib, kənd məktəbində dərs deyib. Bununla yanaşı, digər həmkəndliləri kimi, o da gənclik illərindən özünü torpağa bağlayıb, gün-güzəranını da bu yolla qurub. Atasının 70 il öncə saldığı bu bağ onun üçün əziz yadigar, dəyərli mirasdır. “Gözümü açıb özümü dərk edəndən ata-babamın üzüm yetişdirməklə məşğul olduğunu görmüşəm. Ümumiyyətlə, ötən əsrdə Naxçıvanın hər yerində, o cümlədən də Zeynəddində böyük üzüm bağları olub. Kənd camaatı bu gün də mövcud ənənəni uğurla yaşadır. Həyətində bağı olmayan ev çətin tapılar. Mən də gənclik illərindən 3 put ərazini əhatə edən bu bağa qulluq göstərirəm. Atalarımız gözəl deyib: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”. Əgər zəhmətə qatlaşıb torpağa baş əysən, o da öz səxavəti ilə başını uca eləyər”, - deyir Həbib kişi.

Torpaq adamı bağında “xəlili”, “kişmişi”, “hənəqırna” və digərləri olmaqla, ümumilikdə, 10 növdə tanınmış, ənənəvi üzüm sortları yetişdirir. Deyir ki, bol üzüm tədarük etmək üçün bağa vaxtlı-vaxtında aqrotexniki qulluq göstərməlisən. Qışda soyuqdan qorunması üçün qol-budağı yaxşı basdırılmalı, erkən yazda isə üstü açılıb, budanma aparılaraq talvar edilməlidir. İl ərzində 3-4 dəfə su verilməli, xəstəliklərə qarşı tədbirlər görülməlidir. Üzüm əsasən sentyabr ayında yetişsə də, tez yetişən sortları da var. Elə Həbib kişinin bağında da belə üzümlərdən kifayət qədərdir. Qonşu kəndlərdə bu bağda yetişən məhsul “Seyidin üzümü” kimi də tanınır.

Qonağı olduğumuz növbəti sakin isə Sürəyya İsmayılovadır. Yaşının ahıl çağlarına rəğmən zəhmətkeşliyi yerindədir, işindən-gücündən geri qalmır, gününün çoxunu üzüm bağına qulluq etməklə keçirir. Təsərrüfat işlərində nəvəsi Afiq də ona yaxından köməklik edir. Bildirir ki, sovetlər dönəmində respublikalar arasında ən çox üzüm və şərab istehsal edən Azərbaycan idisə, bölgələrdən də Naxçıvan xüsusi seçilirdi. Zəhmətkeş zeynəddinlilər də hər zaman bu sahədə fəallıq nümayiş etdiriblər. Bu gün də Naxçıvan şəhərindəki bazarların piştaxtalarını, evlərdə süfrələri bəzəyən Zeynəddin üzümü adla deyilir.

Təsərrüfatçı qeyd edir ki, üzümün faydaları barədə xalq təbabətini geniş araşdırıb. Öyrənib ki, bu qiymətli giləmeyvə mədə-bağırsaq sistemi xəstəliklərinə məlhəmdir. Üzüm tənəffüs yollarının iltihabının müalicəsində çox faydalıdır, eyni zamanda, qanazlığı, mədə şirəsi çox olan qastrit, bronxial astma zamanı, maddələr mübadiləsi pozulanda, böyrək, qaraciyər və ürəyin funksional xəstəliyi, hipertoniya və yuxusuzluqda məsləhət görülür. Meyvə və şirəsində olan qlükoza ürəyin yığılma fəaliyyəti və əzələ tonusuna müsbət təsir göstərir.

Sürəyya xanım bağından dərdiyi üzümdən həm də hər il doşab, mürəbbə hazırlayır. Eyni zamanda, həmin məhsulları Naxçıvan bazarlarına da çıxarıb satır və yaxşı qazanc əldə edir. Bildirir ki, üzümün özü kimi yarpağının da alıcı kütləsi kifayət qədərdir. Bəh-bəh deyə-deyə ağız tamı ilə yediyimiz yarpaq dolmasının ləzzətli edən, dadına dad qatan da elə üzüm yarpağıdır...

“Arxası dağ olanın başı göylərə çatar”, - deyiblər. Bu gün blokada şəraitində yaşamasına baxmayaraq, arxasında dağ kimi Azərbaycan dövlətinin varlığını daim hiss edən naxçıvanlılar, o cümlədən də Zeynəddin camaatı üzümçülüyü yaşatmaqla həm tarixi əkinçilik ənənələrimizi qoruyur, həm də diyarın sosial-iqtisadi inkişafına töhfələr verirlər. Əməksevər insanlara xitabən “Torpaqlarınız hər zaman belə bərəkətli, məhsulunuz bol olsun”, - deyir onlara təsərrüfat işlərində uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”