MƏDƏNİYYƏT
İstanbulda Rəşid Behbudova həsr olunan möhtəşəm opera konserti təşkil edilib VİDEO
İstanbul, 12 oktyabr, AZƏRTAC
İstanbulun “Grand Pera” əmək səhnəsində "XIX TÜRKSOY Opera Günləri" layihəsi çərçivəsində görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş opera konserti keçirilib.
TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycandan Xalq Artisti Azər Zeynalov və Əməkdar Artist Afaq Abbasova, Türkiyədən Hüseyn Likos, Qazaxıstandan Ayzada Kaponova, Şimali Kiprdən Emrə Özarabaçı və digər türkdilli ölkələrin tanınmış opera ustalarının ifaları dinlənilib. Konserti İstanbul Dövlət Opera və Balet Orkestri idarə edib.
Konsertdən sonra çıxış edən TÜRKSOY Baş katibinin müavini Fırat Purtaş həyata keçirilən layihənin əhəmiyyəti və perspektivləri barədə məlumat verib. O diqqətə çatdırıb ki, TÜRKSOY 2016-cı ildəki bütün mədəni tədbirlərini türkdilli dövlətlərin müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul