Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyanın aparıcı “Rossiya-24” telekanalı Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlayıb VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də Rusiyanın aparıcı xəbərlər kanalı olan “Rossiya-24”də Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlanıb. AZƏRTAC həmin reportajı təqdim edir.

Aparıcı: Azərbaycan Prezidenti İlham Əliyev 57 yaşını qeyd edir. Əlamətdar gün münasibətilə onu Prezident Vladimir Putin təbrik edib və qeyd edib ki, Prezident ƏLİYEV təcrübəli və uzaqgörən siyasətçidir.

Öz növbəsində Azərbaycan dövlətinin başçısı bizim telekanala müsahibəsində bildirib ki, rusiyalılar respublikada turistlərin sayına görə birinci yeri tutur və özlərini burada evlərindəki kimi hiss edirlər.

Azərbaycan paytaxtının mənim həmkarım Mariya Qladkixi nə ilə heyrətləndirdiyinə isə onun “Merci Baku” adlı xüsusi reportajında baxın.

Mariya Qladkix: Mən turistlərin Azərbaycana nə üçün gəlməli olduqları barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Biz Bakıdayıq. Öz tarixi, ənənələri ilə zəngin, bununla belə bütün yeniliklərin - innovasiyaların, bütün texniki ixtiraların olduğu qədim şəhərdəyik. Azərbaycanda artıq yuxarıya - kosmosa əl atıblar.

Köhnə şəhərdən biz gələcəyin şəhərini görməyə yola düşdük. Hamısı “Made in Azerbaijan”dır. Bu, çoxlarının fikirləşdiyi kimi, pomidor deyil. Burada səni casus filmlərindəki kimi göstərən tibbi eynəklər var.

Siz yaşıl həlqələrin hara yönəlməsini görürsünüz? - Bəli, onu hətta yerə də yönəltmək olar. Orada başın əksi görsənəcək. Bəli, başın əksi görsəndi. Sizin məqsədiniz bu marker olmadan bu başı real obyektin üzərinə qoymaqdır. Bu eynəklərin vasitəsilə adi gözlə görə bilmədiyimiz strukturları görmək olur.

Yenə də sehrli eynəklər. Bu dəfə isə təyyarəçilər üçün simulyator. Onların köməyi ilə çətin uçuş həyata keçirmək olar. Mənə elə gəlir ki, mən kənardan ağılsız kimi görsənirəm. Amma bu, olduqca çox gözəl görsənir. Hətta buludlar da sanki, təbiidir. Bax, bura da təbiidir.

Qarşıya adi məqsədlər qoyulmayıb. “Azərkosmos” - Qafqazda ilk peyk operatoru.

“Azərkosmos”un əməkdaşı Tərlan Məmmədzadə: Sentyabrın 25-də geostasionar orbitə 45 dərəcəli Şərq uzunluğu mövqeyinə 3-cü peyk - “Azerspace 2” buraxılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrinə xidmətlər göstərəcək.

Müxbir: Yeni texnologiyalar sərgisində biz Prezident İlham Əliyevlə görüşürük. Hərçənd ki, dövlət başçısı rus dilində sərbəst danışır, müsahibəni onun doğma dilində başlayırıq.

Bu videoyazını sonra axşam bütün Azərbaycan telekanalları göstərirdi. Belə ki, müəyyən mənada “Rusiya-24” kanalı bir növ bu sərginin əsas kəşfi oldu.

Prezident İlham Əliyev: Bizim uğurla həyata keçirdiyimiz əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır ki, Azərbaycan iqtisadiyyatı sabit tərəqqi etsin.

Müxbir: Axı, siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Belə başa düşürəm ki, ən çox turist Rusiyadandır.

Prezident İlham Əliyev: Bəli, birinci yerdə Rusiyadır. İl ərzində 800 mindən çox rusiyalı gəlib. Onlar özlərini evdəki kimi hiss edirlər, burada dil maneəsi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.

Müxbir: Ləziz təamlarınız...

Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur.

Müxbir: Bu gün Azərbaycan nadir təbiət, meyvələr, tarixi abidələr deməkdir. Bütün bunlar min bir işığa bürünüb. Bakı bütün günü lap Las-Veqas kimi işığa qərq olur. Azərbaycanı yanan neft və qaza görə “Odlar ölkəsi” adlandırıblar. Qədim zamanlarda Hindistandan buraya atəşpərəstlər ziyarətə gəlirdilər. Azərbaycanda planetdə mövcud olan 11 iqlim tipindən 9-u var. Bir neçə saat ərzində yolüstü çöl, subtropik və sıx meşələrdən keçərək qar yağan yerlərə düşmək olar. Bakıya gələrək isə Venesiyaya düşmək olar. Baxın, əsl yerli Venesiyadır. Qayıqla gəzəcəyik. Müxtəlif ölkələri görmək üçün başqa yerə getmək lazım deyil. Sadəcə, Bakıya gəlmək kifayətdir. Burada, həqiqətən, nə desən var! Burada gəzintiyə çıxa bilərsən, burada Venesiyadakı kimi improvizə olunmuş kanallar, qayıqçılar var. Ümid edirəm ki, qayıqçı oxuyacaq. Çünki İtaliyada onlar oxuyurlar.

Müxbir: Deyir ki, oxumayacaq.

Qayıqçı: Mən isə bu mahnını sevirəm.

Müxbir: İndi qətiyyən müəyyənləşdirmək olmur, biz Azərbaycandayıq, yoxsa İtaliyada.

Qayıqçı: Bilirsiniz, təəccüblüsü nədir? Bu kanal artıq 50 ildir - hələ sovet dövründən mövcuddur.

Müxbir: Məşhur Bakı Bulvarı 15 kilometrədək uzanıb. Hələ də tikilməkdə davam edir. Ümumi uzunluğu 26 kilometr olacaq. Uzağa getmək doğrudan da lazım deyil. Burada qala da Torontodakı kimidir, həm Sidney, həm də Dubayın bir hissəsi var. Yerli sakinlər bunu Yaxın Şərqin Parisi adlandırırlar. Hava soyuyur. Bir qədər qalın geyinmək lazım oldu. Biz artıq İçərişəhərə gəlmişik. Burada artıq əsl milli kolorit nəzərə çarpır. Məsələn, düz küçənin ortasında nərd oynayırlar.

Müxbir: Salam. Qoşulmaq olar?

Nərd oynayan: Bəli.

Müxbir: Bu, sizin milli əyləncənizdir eləmi?

Nərd oynayan Bəli. İş olmayanda nərd oynayırıq. İndi alver getmir.

Müxbir: İndi alver zəifdir? İndi turistlər yoxdur?

Nərd oynayan: Var, amma almırlar.

Müxbir: Turistlər var, alver etmirlər, sadəcə, gəzirlər. İlham Əliyev dedi ki, bütün turistləri Azərbaycana çağırır. Ona görə də, Allah qoysa, burada çoxlu turist olacaq və sizin də nərd oynamağa vaxtınız olmayacaq. İndi Bakıda turizm mövsümi deyil. Bayırda soyuqdur. Bakı sözünün mənası farsca “badi-kubə” - Küləklər şəhəri deməkdir. Burada deyildiyi kimi: “Əgər soyuqdursa rəqs elə”. Hamımızın yallını sevməyimiz Rusiya ilə Azərbaycanı birləşdirir. Bu, Azərbaycan yallısıdır. Bu yallı xüsusidir. Bu yallı insanı vəcdə gətirir. Özüm də oynamaq istədim. Yallı, bax belədir - oyun elementləri də var. Rəqs edənlər arasında aparıcı da var. Azərbaycan yallısının yüzlərlə növü var. Deyəsən, məni də yallıya qəbul edəcəklər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov: Bizim ölkələrimizi təkcə yallı deyil, daha çox amil bağlayır. “KamAZ”, QAZ avtomobillərinin sənaye üsulu ilə yığımı aparılır. Bakıda mədəni həyat qaynayır. Dramteatr, Musiqili Komediya, Opera və Balet teatrları fəaliyyət göstərir. Onlar ən müasir tamaşalara quruluş verir.

Müxbir: Yəni, incəsənəti görmək üçün Bakıya gəlmək olar?

Mixail Boçarnikov: Hesab edirəm ki, bəli, olar.

Müxbir: Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzdə incəsənətin vəhdəti müşahidə olunur. Futurist, memarlıq şedevri olan Mərkəzin binası əfsanəvi Zaha Hadidin əsəridir. Bax, bunu mən qətiyyən Heydər Əliyev Mərkəzində görməyi gözləmirdim. Hiperrealist heykəllər. Belə bir sərgi burada keçirilir. O dərəcədə realist əsərdir ki, burada hətta xırda xalları, çilləri, damarları, boyunda qırışları görə bilərsən. Məsələn, dırnaqlarına baxın. Əsl insan dırnaqlarıdır. Bağışlayın, baxmaq olar?

Mərkəzin əməkdaşı: Artıq vaxtınız keçib.

Müxbir: Burada nə var? 18 və daha çox.

Mərkəzin əməkdaşı: Sizin 18 yaşınız var?

Müxbir: Var.

Mərkəzin əməkdaşı: Onda gedək.

Müxbir: Sadəcə, söz ola bilməz. İnanılmaz sərgidir. O, artıq dünyanın bir çox ölkəsində keçirilib. Bu isə artıq bizim Heydər Əliyev Mərkəzində gözlədiyimiz görüntülərdir. Onun şəxsi əşyaları, fotoları. Məsələn, bax, bu, onun DTK-da işlədiyi vaxt geyindiyi paltardır. Bu isə artıq onun andiçmə mərasimində geyindiyi kostyumdur. Sonra isə Azərbaycan Respublikasının üçüncü Prezidentinin çalışdığı məhz həmin iş masasıdır. Burada onun ordenləri, medalları və Azərbaycan xalqına onların sevimli liderini xatırladan hər şey var.

Mənim daha bir şəxsi mədəni heyrətim “cin”lə görüş oldu. Şüşədəki yox, həqiqi “cin”lə. Mikrofon qarşısında “cin” ləqəbli Ceyhun Zeynalovdur. Onu Azərbaycanın Bob Marlisi adlandırırlar. Ceyhun Zeynalov. Azərbaycanın məşhur müğənnisi, özü də ən maraqlısı və mənim üçün anlaşılmaz olan - reqqi. Azərbaycanda reqqi var? Mən bunu bu gün bildim.

Ceyhun Zeynalov: Bunun Azərbaycanda banisi mən olmuşam. Kim ki, musiqini inkişaf etdirir, normal musiqi dinləyir onlar təbii ki, reqqini dinləyirlər.

Müxbir: Azərbaycan çoxmusiqili ölkədir. Opera. İlk operanı Bakıda hələ 1908-ci ildə dinləyiblər. Bəstəkar Üzeyir Hacıbəyli məşhur Leyli və Məcnunun sevgi əhvalatını tamaşaya qoyub. Bu, Şərqdə ilk operadır.

Ceyhun Zeynalov: Azərbaycan musiqisinin təməli muğamdır. Muğam UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Muğam məqamdır. Hər məqam müəyyən emosiyanı ifadə edir. Reqqidən başqa meyxana da var. Bu, Azərbaycan repidir. Ən məşhuru “Davay, dosvidaniya”dır.

Müxbir: Azərbaycanı anlamaq üçün onun təamlarını dadmaq lazımdır. Bakının ən yaxşı restoranlarından birində məni direktor müavini Elşad Nuriyev qarşılayır.

Elşad Nuriyev: Bizim restoranımızın sahəsi 5 min kvadratmetrdir. Bu, Cənubi Qafqazda, hətta deyərdim ki, Avropada ən böyük restorandır. Burada ət 28 gün saxlanılır, sonra doğranılıb bişirilərək qonaqlara verilir. Ən yaxşı şərablar bizim yerli şərablardır.

Müxbir: Azərbaycan şərabları?

Elşad Nuriyev: Əlbəttə, Azərbaycan şərabları.

Müxbir: Yaxşısı budur, bıçaqların haradan götürüldüyünü deyin. Bu, nə nömrələrdir belə?

Elşad Nuriyev: Bu, qonaqların nömrəsidir.

Müxbir: Qonaq gəlir və onun şəxsi bıçağı var. Özündən və məndən başqa heç kim ona toxuna bilməz.

Elşad Nuriyev: Bizdə həmişə çox adam olur.

Müxbir: Bura ümumilikdə nə qədər qonaq tutur?

Elşad Nuriyev: 1500.

Müxbir: Türk qəhvəsi. O, qum üzərində hazırlanır. Streployn, tinderloyn, ribay, lokum. Qurmanların ürəyi nə istəyirsə, hamısı var. Kömək edəcəksiniz? Məni mətbəxdə çək. Bütün insanlar istirahət edir, mən isə yenə də mətbəxə gedirəm.

Restoranın əməkdaşı: Əvvəlcə, biz əti doğrayacağıq. Mən indi, sadəcə, Nüsrətəm. Baxın görün nə edirəm. Dadmaq lazımdır. Bax, xidmət budur. Mənə, sadəcə, əti qızartmaq etibar olunub. Bunu bacarıram. İndi o, son ştrixi vuracaq. Sonuncu ştrix nədir? Əhsən.

Müxbir: Ən maraqlısı indidir. Dadmaq lazımdır.

Azərbaycan xörəklərinin 30-dan çox növü var. Düz deyirlər ki, Bakıda bütün mədəniyyətlərin mətbəxini dadmaq olar. Budur, indi türk paxlavası Azərbaycan süfrəsinə veriləcək. Ona mütləq qoz, sarıkök, badam, əncir əlavə edirlər. Bizdə isə desertdə həmişəki kimi konsertdir. Baxın, tarda “Kalinka”nı ifa edirlər. Bu, yeganə alətdir ki, nə desən ifa etmək olar.

Azərbaycanın 60-dək musiqi aləti var. Ən sevimlisi Azərbaycan balalaykası tardır. Məlum oldu ki, “Kalinka” üçün tam münasibdir.

Azərbaycan - çox yaxın və özünəməxsus diyar. Biz onu tamamilə başqa cür gördük. Heyrətamiz torpaqdır. Ənənələrinə sadiq görünsə də, həm də yenilikləri ilə heyrətə gətirir. Burada innovasiyalara sərmayə qoyulur, bununla belə ənənəvi xəzinəni həssaslıqla qoruyurlar. Yola düşməzdən əvvəl, bir daha dənizkənarı bulvara getdik. Axı, Bakının qışı əslində Rusiyanın payızıdır. Xəzərdən külək əsir, yelkənli qayıqlar dənizə çıxır. Burada lap yaxında neft çıxarırlar. Amma inanın ki, Azərbaycanın ən əsas sərvəti bu, deyil. Merci Baku.

Rusiyanın aparıcı “Rossiya-24” telekanalı Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər