REGİONLAR


Son beş ildə Ağdamda 124 ədəd yeni subartezian quyusu qazılıb

Ağdam, 1 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir.

Ağdam mexaniki suvarma idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun 35,4 min hektar əkin sahəsi 873 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 124 ədəd yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən, ötən il rayonun 11 yaşayış məntəqəsində 17 subartezian quyusu qazılıb. Hazırda dövlətimizin başçısının “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” noyabrın 5-də imzaladığı Sərəncama əsasən, 35 subartezian quyusunun qazılması başa çatmaq üzrədir. Dövlət başçısının 2019-cu il 12 fevral tarixli Sərəncamı ilə bu il rayon ərazisində daha 8 subartezian quyusu qazılacaq.

Ağdam rayonunda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün tədbirlər bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.