REGİONLAR
Xaçmazda avtomobilin kanala düşməsi bir nəfərin ölümü ilə nəticələnib VİDEO
Xaçmaz, 17 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 17-si Xaçmazda avtomobilin su kanalına düşməsi bir nəfərin ölümü ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bədbəxt hadisə rayonun Qımılqışlaq kəndi ərazisində baş verib. 90 XL 783 dövlət nömrə nişanlı “Lexus” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək avtomobili “Xanarx” kanalına aşırıb.
Avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub. Avtomobilin sürücüsü Qusar rayonu Yuxarı Zeyxur kənd sakini, 1973-cü il təvəllüdlü İlham Məlikov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.