İQTİSADİYYAT


“Azəriqaz”da “Açıq qapı” günləri təşkil edilib VİDEO

Bakı, 26 yanvar, AZƏRTAC

Son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti çatmış smart-kart tipli sayğacların mexaniki-elektron sayğaclarla əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşır.

AZƏRTAC xəbər verir ki, bunları nəzərə alan “Azəriqaz” İstehsalat Birliyi yanvarın 26-dan “Açıq qapı” günlərinə başlayıb.

Media və ictimaiyyət nümayəndələri, həmçinin abonentlər birliyin Metrologiya Departamentində təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyiblər.

“Açıq qapı” günü pandemiya qaydalarının tələblərinə uyğun həyata keçirilib.

Qeyd edək ki, bu gündən etibarən hər həftənin 2-ci və 4-cü günləri Metrologiya Departamentində saat 15:00-dan 17:00-dək “Açıq qapı” günləri davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.