İnsanın ruhunu oxşayan Göygölün payız mənzərəsi – FOTOREPORTAJ VİDEO
Göygöl, 15 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Göygöl milli parkı ilin hər fəslində olduğu kimi, payızda da ecazkar gözəlliyə bürünür. Sıx meşələrlə əhatə olunan Kəpəzin başını qarlar örtsə də, sanki yazın əvvəlidir. Bu gözəlliyə payızın qızılı rəngi əlavə yaraşıq qatır. Bir tərəfdə yerə səpələnmiş şehli yarpaqların altından boy atan göbələklər, çiçəklər, digər tərəfdə isə yaşıl çəmənlər milli parkın florasının zənginliyindən xəbər verir.
Gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl Milli Parkının mənzərəli təbiəti yayda olduğu kimi, payız fəslində də insanın ruhunu, qəlbini oxşayır.
AZƏRTAC-ın bölgə müxbiri Göygölün payız mənzərəsini əks etdirən şəkilləri təqdim edir.