Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Abdullayev: Azərbaycan azad edilmiş ərazilərində UNESCO texniki missiyasının həyata keçirilməsində ən maraqlı olan tərəfdir VİDEO

Elman Abdullayev: Azərbaycan azad edilmiş ərazilərində UNESCO texniki missiyasının həyata keçirilməsində ən maraqlı olan tərəfdir VİDEO

Paris, 9 noyabr, AZƏRTAC

UNESCO yanında Azərbaycan daimi nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev qurumla ölkəmiz arasındakı əlaqələr, cari il ərzində təşkilatda ölkəmiz tərəfindən həyata keçirilmiş tədbirlər və onun Azərbaycana etimadı ilə bağlı AZƏRTAC-a müsahibə verib.

Müsahibədə cari ildə ölkəmizin UNESCO-nun ali orqanlarına seçilməsi, Mədəniyyət Komissiyasına sədrliyi, daimi nümayəndəliyin fəaliyyəti, eləcə də erməni işğalından azad edilmiş ərazilərimizə UNESCO texniki missiyasının göndərilməsi haqqında ətraflı məlumatlar yer alıb.

Ölkəmizlə təşkilat arasında əlaqələrə toxunan E.Abdullayev bildirib: “Azərbaycan ilə UNESCO arasında əlaqələr hər zaman xüsusi əhəmiyyətə malik olub və yüksələn xətlə inkişaf edib. Azərbaycan UNESCO-nun əsas tərəfdaş və donor ölkələrindəndir. Təşkilatın inkişafında, onun dəyər və ideyalarının təbliğində ölkəmiz həmişə yaxından iştirak edib. Bu proses qlobal, eləcə də ikitərəfli münasibətlər kontekstində aparılıb. Təşkilatın layihələrinin dünya ölkələrində təbliğində də ölkəmiz öz sözünü deyib və son illərdə, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin gündəliyi zəngin olub.

Azərbaycan UNESCO-nun ən əhəmiyyətli layihələrindən, təşəbbüslərindən olan Qlobal Təhsil Koalisiyasına qoşulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva adından ölkəmizin bu koalisiyaya qoşulması ilə bağlı istəyə dair müvafiq məktub UNESCO-ya təqdim olunub. Azərbaycan Qlobal Təhsil Koalisiyasını müvafiq şəkildə dəstəkləyib və həmin dəstək davam etdirilir”.

Daimi nümayəndəliyin fəaliyyətinə toxunan səfir qeyd edib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız İkinci Qarabağ müharibəsi nəticəsində azad edildikdən sonra bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, cinayətlər, vandallıqlar haqqında UNESCO-nun, eləcə də təşkilatda müxtəlif ölkələrin akkreditə olunmuş nümayəndələrinin məlumatlandırılması istiqamətində vacib addımlar atılıb. Təşkilatın, eləcə də müxtəlif ölkələrin akkreditə olunmuş nümayəndələrinə müvafiq konvensiyalar çərçivəsində məlumatlar təqdim olunub. Çünki mədəni irslə bağlı törədilən cinayətlərin hər biri müvafiq kateqoriyalara görə aidiyyəti konvensiyalarla tənzimlənir. Əsasən mədəni irsin dağıdılmasından, təhqir olunmasından, mədəni irs nümunələrinin qeyri-qanuni idxalı, ixracı, ümumiyyətlə, bir çox məqamlar var ki, onlar müvafiq konvensiyalarla tənzimlənir. Bu konvensiyalar çərçivəsində UNESCO-nun aidiyyəti alt-qurumları, alt-komitəsi ilə müvafiq işlər aparılmışdır. Qurumun komitələri vasitəsilə onların katiblikləri ilə lazımi birgə işlər aparılıb.

Diqqətə çatdırılıb ki, daimi nümayəndəliyin fəaliyyətinin əsas məqamlarından biri də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır. Burada əsasən UNESCO yanında akkreditə olunmuş üzv ölkələrdən, eləcə də digər regional və beynəlxalq təşkilatlardan söhbət gedir. Bu istiqamətdə də fəaliyyətimiz davam edir və etdiriləcək. Çünki haqq səsimizin və ədalətin tərənnüm olunması üçün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ümdə borcumuzdur.

“Təşkilatla əməkdaşlığımız çərçivəsində bir çox layihələr, tədbirlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan olunub. Bu il UNESCO-da Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr edilmiş iki böyük tədbir keçirilib. UNESCO və daimi nümayəndəliyimizin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyi qurumun mənzil-qərargahında qeyd olunub. Mədəniyyət Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil olunmuş tədbirdə təşkilatın rəhbərliyi iştirak edib. Nizaminin əsərlərinin motivləri əsasında çəkilmiş miniatürlərdən ibarət sərgi nümayiş olunub. Tədbirə diplomatik korpusun nümayəndələri - səfirlər, daimi nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Daimi nümayəndəliyimiz tərəfindən Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş vebinar da keçirilib. Vebinara Nizami irsini tədqiq edən müvafiq ekspertlər dəvət olunub. UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini başda olmaqla, bir çox rəhbər şəxslər vebinarda iştirak ediblər”, - deyə E.Abdullayev vurğulayıb.

Bildirilib ki, 2021-ci ildə nominasiyalar baxımından da ölkəmiz üçün uğurlu olub. Lənkəran şəhəri qastronomiya nominasiyası üzrə UNESCO tərəfindən yaradıcı şəhərlər şəbəkəsinə daxil edilib. Bu siyahıda artıq 3 şəhərimizin - sənət və sənətkarlıq nominasiyası üzrə Şəki (2017), dizayn nominasiyası üzrə Bakı (2019) və qastronomiya nominasiyası üzrə Lənkəran şəhəri (2021) yaradıcı şəhərlər sırasında layiqli yerlərini tutublar.

Bu il ölkəmizin görkəmli şəxsiyyətlərinin adı “Yubileylər siyahısı”na salınıb. Belə ki, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik və xeyriyyəçi Zeynalabdin Tağıyevin 200 illik yubileyləri qurumun “Yubileylər siyahısı”na daxil edilib. Beləliklə, 2022-ci və 2023-cü illərdə UNESCO-da onların yubileyi qeyd olunacaq.

“UNESCO-da sosial və humanitar sahə xüsusi bir istiqamətdir və burada iki sahə - humanitar və idman sahələri çox önəmlidir. Azərbaycan da idmana böyük əhəmiyyət verir və bir çox beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. Ölkəmizin bu sahədə təcrübəsi artıq məlumdur və UNESCO MİNEPS-İdman və bədən tərbiyəsi nazirlərinin növbəti toplantısına Bakının ev sahibliyi etməsinə qərar verib. Tədbirin konsepsiyası və tarixi hazırlanmaqdadır”, - deyə daimi nümayəndə əlavə edib.

Qeyd olunub ki, noyabrın 24-də UNESCO-nun üç ali orqanından biri olan Baş Konfrans başa çatdı. Baş Konfrans çərçivəsində çoxsaylı tədbirlər keçirilir. Konfrans çərçivəsində təşkil olunan ən önəmli hadisə qurumun digər ali orqanı olan İcraiyyə Şurasına üzvlük seçkilərinin keçirilməsi idi. İcraiyyə Şurası qurumun ali, qərarverici orqanıdır. Azərbaycan 2021-ci il noyabrın 17-də böyük səs çoxluğu ilə İcraiyyə Şurasına seçildi. Şuranın 58 üzv ölkəsi ilə birlikdə ölkəmiz qurumun vacib mexanizm və qərarlarının qəbul olunmasında yaxından iştirak edəcək. Bu ölkəmiz üçün çox vacibdir. Qarşıdan gələn 4 il müddətində ölkəmiz UNESCO-nun vacib və strateji istiqamətlərinə töhfə verəcək.

Cari ilin uğurlarından biri də 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokolu Komitəsinə ölkəmizin seçilməsidir. Postmünaqişə dövründə Azərbaycanın bu Komitəyə seçilməsi çox vacibdir. Ölkəmiz bu Komitəyə əvvəllər də töhfə verib, ancaq indi onun üzvü kimi daha çox kömək göstərəcək. Əvvəlki illərdə daimi nümayəndəliyimiz tərəfindən silahlı münaqişələrdə bələdçi kitabının hazırlanması, Komitənin müvafiq alt-komitəsinin təşkilində ölkəmizin texniki və maddi dəstəyi xüsusi önəm kəsb edib. Qarşıdan gələn 4 il müddətində Komitənin fəaliyyətinə töhfə verəcəyik.

Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyasının Mədəniyyət Komissiyasına sədrlik edib. Mədəniyyət Komissiyası çərçivəsində qurumun əsas 3 mehvəri - mədəniyyət, təhsil, elm sahələrində ölkəmizin qərarverici mövqedə olması vacibdir.

UNESCO ilə birgə layihələrimizə toxunan daimi nümayəndə ölkəmizin Qoşulmama Hərəkatının qurum yanındakı qrupuna, eləcə də təşkilatın Şərqi Avropa dövlətlərindən ibarət II seçki Qrupuna sədrliyindən söz açıb. Vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) məhsuldar və uğurlu sədrliyi üzv dövlətlərin ölkəmizə etimad göstərməsi ilə nəticələnib. QH-nin üzv dövlətləri yekdilliklə ölkəmizin quruma sədrliyinin 1 il uzadılmasına qərar veriblər. Azərbaycan 2023-cü ilin sonunadək QH-yə sədrlik edəcək. Beləliklə, UNESCO yanında da Qoşulmama Hərəkatı qrupuna sədrliyimiz həmin vaxtadək davam edəcək. Qrupun plenar iclasları keçirilir və orada UNESCO-nun mandatına uyğun məsələlər müzakirə olunur. Daimi nümayəndəliyimiz UNESCO yanında Qoşulmama Hərəkatı Qrupuna sədrlik edir. Bu ölkəmizə, eləcə də daimi nümayəndəliyimizə verilən əhəmiyyətin göstəricisidir. Sədrliyimiz çərçivəsində qarşıdan gələn iki il müddətində mədəniyyət, təhsil, elm sahələrində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Azərbaycan cari ildə 6 ay müddətinə mənsub olduğu Şərqi Avropa ölkələrindən ibarət II seçki qrupuna da sədrlik edib. Ölkəmiz sədrliyi dövründə də məhsuldar fəaliyyəti ilə seçilib. Şərqi Avropa üzrə II seçki qrupunun iclaslarına UNESCO-nun rəhbər nümayəndələri dəvət olunub. İclaslarda qrupun üzv ölkələrinin nümayəndələri ilə müzakirələr aparılıb, müəyyən məsələlərə münasibət bildirilib, qərarlar qəbul edilib.

“Azərbaycan UNESCO ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan bu təşkilatın dəyər və prinsiplərinin dünyada təbliğində ən çox rolu olan ölkədir. Ölkəmiz qurumun ən əhəmiyyətli tərəfdaşlarındandır. UNESCO-da ölkəmizin həmişə xüsusi çəkisi, rolu olub. Bu, belə də davam edəcək. Bu gün Azərbaycan dünyanın ən önəmli və aparıcı ölkələrindən biridir. Beynəlxalq arenada olduğu kimi, UNESCO-da da öz sözünü deyir.

İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz üçün ən strateji məqsədlərdən biri də həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması və bu işin davamlılığının təmin olunmasıdır. Ermənistanın 30 il ərzində törətdiyi cinayətləri hamı bilməlidir”, - deyə daimi nümayəndə diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan və UNESCO hazırda işğaldan azad edilmiş ərazilərimizə texniki missiyanın həyata keçirilməsi məsələsini müzakirə edirlər. İşğal edilmiş ərazilərimizə UNESCO-nun texniki missiyasının göndərilməsi məsələsi illər əvvəl Azərbaycan tərəfindən qaldırılıb. Bu, yazılı, eləcə də şifahi formada dəfələrlə ünvana çatdırılıb. Son 30 ilə yaxın müddətdə UNESCO texniki missiyasının həyata keçirilməsinə ən maraqlı tərəf Azərbaycan olub. Texniki missiyanın həyata keçirilməsi də məhz Azərbaycanın təşəbbüsüdür. Ölkəmiz bu missiyanın reallaşmasında maraqlı olmaqla yanaşı, onun vacibliyini qurum rəsmilərinin diqqətinə çatdırıb. Bunun təsdiqini UNESCO-nun 2005-ci ildə dərc edilmiş 10 illik hesabatında da görürük. Həmin hesabatda UNESCO qeyd edib ki, Azərbaycan təşkilatdan tezliklə texniki missiyanın həyata keçirilməsini istəyir, ancaq Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasına görə missiyanın həyata keçirilməsi mümkün olmamışdır. Yəni, aydın göstərilir ki, vaxtilə erməni işğalı altında olmuş və bu gün azad edilmiş Azərbaycan torpaqlarında texniki missiyanın həyata keçirilməsinə Ermənistan mane olub.

Bu gün missiyanı gözləyirik, bu istiqamətdə müvafiq işlər aparılır. UNESCO ilə danışıqlar davam edir. UNESCO, eləcə də bütün tərəflər yaxşı bilirlər ki, Azərbaycan texniki missiyanın həyata keçirilməsində ən maraqlı olan tərəfdir.

Daimi nümayəndə diqqətə çatdırıb ki, xalqımızın mədəni irsi misli görünməmiş dağıntıya, vəhşiliyə məruz qalıb, talan, viran, yerlə-yeksan edilib. Bunun beynəlxalq ictimaiyyətə çatdırılması bizim üçün ən önəmli və strateji məsələdir. Ona görə də texniki missiyanın həyata keçirilməsində Azərbaycan daha çox maraqlıdır. Hazırda danışıqlar davam edir, bir çox texniki parametrlər müzakirə olunur.

“Azərbaycan maddi və qeyri-maddi mədəni irsinin dünyaya tanıtdırılmasında UNESCO platformasından istifadə edib. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan çoxşaxəli fəaliyyət nəticəsində ölkəmizin 3 maddi və 15 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib. Bunun sayəsində bu gün beynəlxalq ictimaiyyət mədəni irsimiz haqqında məlumatlanır”, - deyə E.Abdullayev fikirlərini yekunlaşdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Elman Abdullayev: Azərbaycan azad edilmiş ərazilərində UNESCO texniki missiyasının həyata keçirilməsində ən maraqlı olan tərəfdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb