Azərbaycan Dövlət İnformasiya Agentliyi

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir VİDEO

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir VİDEO

Antalya, 8 aprel (AZƏRTAC). 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. “Bakı-2015” Avropa Oyunlarının iştirakçıları ölkəmizdə möhtəşəm bir tədbirin şahidi olacaqlar. Bunun üçün Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilməkdədir.

Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov AZƏRTAC-a məxsusi müsahibəsində söyləmişdir.

- Cənab nazir, “Bakı-2015” Avropa Oyunları Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir. Toplantının yekunları barədə nə deyə bilərsiniz?

- Bakıda bu yaxınlarda Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir. Bu toplantıların əsas məqsədi görülən işlərin hesabatı, tədbirdə iştirak edən peşəkar insanlarla təcrübə mübadiləsinin aparılması, yeni ideyaların, məsləhətləşmələrin əldə olunmasıdır. Tədbirin yekununda iştirakçılar qısa müddət ərzində qazanılan nailiyyətləri yüksək qiymətləndirmişlər. Komitənin ikinci toplantısından keçən qısa zaman ərzində bir sıra məsələlər həll olunmuşdur. Hazırda tikilməkdə olan idman kompleksləri, idman avadanlıqlarının alınması və bu komplekslərdə quraşdırılması, idman qurğularının dizaynı sahəsində böyük işlər görülür. Ümumiyyətlə, Azərbaycanın siyasi, iqtisadi, idman və digər sahələrdə əldə etdiyi uğurlardan sonra dünyanın diqqəti ölkəmizə yönəlmişdir. Əminliklə deyə bilərəm ki, Azərbaycan bu mötəbər idman bayramına da yüksək səviyyədə ev sahibliyi edəcəkdir. İnsanlarımız çox qonaqpərvərdirlər. Düşünürəm ki, Azərbaycan bütün dünyaya unudulmaz idman bayramı təqdim edəcəkdir. Bu, həm də Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun daha bir göstəricisidir.

- “Bakı-2015” Avropa Oyunlarının dünya, əsasən də Avropa mediasında təbliği barədə nə deyə bilərsiniz?

- İlk öncə onu deyim ki, yüksək səviyyəli peşəkarların çalışması nəticəsində bütün Avropa Azərbaycanın timsalında inanılmaz idman hadisəsini izləyəcəkdir. Avropa və yerli media əvvəlcə bizim məlumatlarımızla təmin olunur. Təbii ki, bu sahədə daha fəal işləsək, dolğun formatda materialları hazırlayıb yaysaq istər Avropa, istərsə də yerli mediada yerləşdirilə bilər. Biz bu istiqamətdə bütün səylərimizi birləşdirməliyik.

- Könüllülərin hazırlığı, onların məlumatlandırılması sahəsində işlər hansı istiqamətdə davam etdirilir?

- Bu işlərə artıq başlanmışdır. Hazırda 150 minə yaxın tələbənin arasından anketlər toplanmışdır. Ali təhsil olacaqları ilə bu sahədə müqavilə imzalanmışdır. Könüllülər idman sahəsində biliklərinin artırılması üçün müxtəlif məşqlərə cəlb olunacaqlar.

- Ölkəmizin idmançıları ev sahibi olaraq oyunlarda idmanın bütün növləri üzrə yarışlarda iştirak edə biləcəklərmi?

- İstər digər Olimpiya oyunları, istərsə də ilk Avropa Oyunlarında Azərbaycan yığması bütün çəkilərdə iştirak edəcəkdir. Bu Oyunların Bakıda keçirilməsi idmançılarımıza hər bir kateqoriyada çıxış etmək üçün geniş şərait yaradacaqdır. Ümumiyyətlə, idmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. İdmanın müxtəlif sahələrində uğur əldə edə bilərik. Onu da qeyd edim ki, idmançılarımız hazırda Finlandiyada güləş üzrə keçirilən Avropa çempionatında 10-dan çox medal qazanmışlar. Bu nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan yığması istənilən sahədə uğur qazanmağa iddialıdır.

- Ölkəmiz 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına da ev sahibliyi edəcəkdir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Sözsüz ki, biz “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə böyük təcrübə qazanacağıq. Avropa Oyunları üçün hazırlanan idman zalları, idman qurğuları, məşq edən idmançılar, təcrübə toplayan insanlar bizim üçün İslam Oyunlarında da çox vacib və əsas tərkib olacaqdır. Təbii ki, paytaxtımızda yaradılan idman infrastrukturu, Atletlər Kəndinin inşası, nəqliyyat sisteminin təkmilləşdirilməsi və digər tədbirlər mühüm əhəmiyyət kəsb edir.

- “Bakı-2015” ilk Avropa Oyunlarının “SportAccord” Konvensiyasında təqdimatı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Belə tədbirlər bizim üçün çox vacibdir. Tədbirdə Bakı şəhərinin təqdimatı olacaqdır. Sərgidə yer alan stendimiz özünəməxsusluğu ilə seçilir. Azərbaycan hazırda sponsorların arasında yer almışdır. “Bakı - 2015” Avropa Oyunları “SportAccord” Konvensiyasının rəsmi mobil proqramının tərəfdaşıdır. Əminəm ki, Mərkəzi Avropadan nisbətən uzaqda olan Azərbaycanda zəngin Şərq və Qərb mədəniyyətlərinin ahəngdarlığı diqqəti cəlb edən məqamlardan olacaqdır. Avropa ölkəmizin qonaqpərvərliyindən çox razı qalacaqdır.

Anar Rzayev

AZƏRTAC-ın müxbiri

Antalya

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib

"Səbail"in yeni rəhbəri bəlli olub

“Qarabağ” mozambikli müdafiəçini transfer edib

MDU-da nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB

ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

Ekspert: Sosial platformaların tənzimlənməsi uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə kömək edəcək

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunun daha erkən imzalanmasını müzakirə edir

Bu saata olan əsas xəbərlər

İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir

Hesablama Palatasının sədr müavini: Rəqəmsal transformasiya ali audit orqanlarına bir sıra üstünlüklər təqdim edir

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

Xankəndidə fəaliyyət göstərən tikiş fabriki fəaliyyətini genişləndirir

ABŞ-nin sahillərinə tropik fırtına yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Türk professor: Azərbaycan Türk dünyasının yeni geoiqtisadi mərkəzlərindən birinə çevrilir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

KOBİA sədri: İnnovasiyanın və startap ekosisteminin inkişafı Azərbaycanda əsas prioritet istiqamətlərdən birinə çevrilib

İdarə Heyətinin sədri: İnklüziv sosial müdafiə sahəsində təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırıq

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

İcraçı direktor: Ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib

Sərgi iştirakçısı: Yeni bazarlara çıxış, əlaqələrin yaranması və alıcıların artmasını gözləyirik

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Avropa Parlamenti Gürcüstanla bağlı hesabat qəbul edib

Almaniya ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb

“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya səfər edəcəklər

Livan Prezidenti: İsraillə danışıqlar xətti müstəqildir

Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır

Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb

Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitlik və qlobal tərəfdaşlığın gücləndirilməsində strateji nümunədir - ŞƏRH

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Norveçdə vəhşi qızılbalıq populyasiyaları təhlükə altında qalır

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

Qazaxıstanda antiterror təlimləri keçiriləcək

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb

Azərbaycan səhiyyəsi sosial dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf edir – RƏY

Aİ Ebola ilə mübarizəyə 493 milyon avro ayıracaq

Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır

Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır

Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir

Cari ilin ilk 5 ayı ərzində Energetika Nazirliyi tərəfindən 108 icazə verilib

“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?

Portuqaliya yığmasının səfiri: Qurban Qurbanov qələbə qazanmağı sevən mütəxəssisdir

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

® “Expressbank”ın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

Misirli nazir: İƏT-ə üzv ölkələrin infrastruktur ehtiyacları üçün maliyyə çatışmazlığı illik 290 milyard dollara çatır

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Anja Nitzsche: Süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir

İİB rəsmisi: AIDA–İİB tərəfdaşlığı təşəbbüslərin real nəticələrə çevrilməsinə şərait yaradır

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

AzMİU alimlərinin ixtirası aşağımərtəbəli binaların etibarlılığını artıracaq

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq

Cevdet Yılmaz: Türkiyənin qarşısında Zəngəzur dəhlizi də daxil olmaqla yeni imkanlar açılır

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır

İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib

Əyyub Quliyev: Azərbaycan musiqiçilərinin çıxışı beynəlxalq festivalda yüksək qiymətləndirilib

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb

Seyid Əzim Şirvaninin maarifçilik ideyaları bu gün də aktualdır

® “TuranBank” ICD ilə 15 milyon dollar həcmində niyyət bəyannaməsi imzalayıb