İQTİSADİYYAT


2018-ci ildə əczaçılıq məhsullarının idxalı artıb

Bakı, 18 yanvar, AZƏRTAC

Ötən il ölkəyə 16 min 933 ton əczaçılıq məhsulları idxal edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İl ərzində idxal edilən əczaçılıq məhsullarının dəyəri 290 milyon 184 min ABŞ dolları olub.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycana dəyəri 249 milyon 15 min dollar olmaqla 15 min 650 ton əczaçılıq məhsulları idxal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.