İQTİSADİYYAT


2018-ci ildən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanılacaq

Praqa, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Azərbaycanın Çexiyadakı səfirliyində Gəncə avtomobil zavodu ilə Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Tatra” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıblar. Əldə edilmiş razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanılacaq.

Memorandumun imzalanması mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fərid Şəfiyev “Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda, Çexiya şirkətinin Gəncə avtomobil zavoduna göstərdiyi etimadın təqdirəlayiq olduğunu söyləyib. Səfir, həmçinin sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.