2018-ci ilin yanvar-mart ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb
Bakı, 19 aprel, AZƏRTAC
2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 milyon manat məbləğində sığorta haqları toplanıb, 60.3 milyon manat məbləğində sığorta ödənişi aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 157.1 milyon manat, ödənişlər isə 44.4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 36 milyon manat, ödənişlər isə 15.9 milyon manat olub.
2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81faizi könüllü, 19 faizi isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 74 faizi könüllü, 26 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]