İQTİSADİYYAT
“20 Yanvar” dairəsində genişləndirilmə işlərinə başlanılıb VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Paytaxtın “20 Yanvar” dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb. Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
Qeyd olunub ki, Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri “20 Yanvar” dairəsi ərazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdı. Bunu nəzərə alaraq həmin ərazidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib. Bundan əlavə, həmin hissədə hündürlüyü 50 santimetr olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]