20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı və Binəqədi rayonu H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə “20 yanvardan başlanan yol” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Qarabağ veteranları, Binəqədi rayonu şəhid anaları komitəsi və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Tədbirdə 20 Yanvar hadisələrindən, 44 günlük Vətən müharibəsində şəhid olmuş vətən oğullarının qəhrəmanlıqlarından danışılıb.
Tədbirin bədii hissəsində “Şəhidlər” haqqında mahnı və şeirlər oxunub. Tədbir “Qarabağ”, “Heyrati” mahnıların səslənməsilə başa çatıb.
Məktəbin foyesində 20 Yanvar və Qarabağ şəhidlərinə həsr olunmuş fotostend və kitab sərgisi də açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]
“ANİMAFİLM” jurnalı işıq üzü görüb
- 13.05.2026 [14:57]