Batabat yaylağında keçirilən bayram tədbiri maraqla qarşılanıb VİDEO
Şahbuz, 14 iyun, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunun füsunkar guşələrindən olan Batabat yaylağında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçrilən bayram tədbirləri maraqla qarşılanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbr verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində “Göycə” festivalı keçirilib, səsləndirilən xalq mahnıları və musiqi sədaları təbiət gözəli Batabatın hüsnünə daha da füsunkar rəng qatıb.
Tədbir iştirakçıları iaşə xidmətindən də yararlanıb, istirahətlərini mənalı keçiriblər. Rayon sakinləri tərəfindən bişirilən kabab, kətə, samovar çayı, səyyar xidmət vasitəsilə satılan sərin içkilər, dondurmalar alıcılara təqdim edilib, rayon Mədəniyyət İdarəsinin kollektivi isə maraqlı səhnəciklər və musiqi nömrələri ilə gələn qonaqların zövqünü oxşayıb.