Qubadlı rayonunun Fərcan kəndi VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Qubadlının Fərcan kəndi rayonun cənub-qərbində, Ermənistanın Qafan rayonu ilə həmsərhəddə, Hərtiz dağının ətəyində yerləşir.
Kənddə əsasən əkinçilik və heyvandarlıq inkişaf etmişdi.
1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuşdu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində şanlı Azərbaycanın Ordusu tərəfindən işğaldan azad edilib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.