FHN: Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun kənarındakı ərazidə yanğın söndürülüb YENİLƏNİB VİDEO
Bakı, 28 dekabr, AZƏRTAC
Sumqayıt şəhərinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında 1,5 hektar sahədə məişət və təkər tullantıları yanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıt şəhərinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.