Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir VİDEO
İstanbul, 26 dekabr, Günel Karatepe, AZƏRTAC
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir.
AZƏRTAC xəbər verir ki, faciə qurbanlarına ehtiram məqsədilə İstanbulda, eləcə də Türkiyənin fərqli bölgələrində yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz bu gün səhər saatlarından etibarən AZAL-ın İstanbuldakı ofisi qarşısına gələrək əklillər və gül dəstələri qoyurlar.
Ziyarətçilər arasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına daxil olan dərnəklərin nümayəndələri, İstanbulda fəaliyyət göstərən mədəniyyət xadimləri və digərləri də var.
AZAL-ın İstanbuldakı ofisinin uçuş məlumatlandırma ekranında qəzaya uğrayan təyyarənin reys nömrəsi və nəzərdə tutulan səfər istiqaməti qeyd edilib.