Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda aidiyyəti dövlət və beynəlxalq qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal çağırışlar və yeni trendlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən inkişaf modelinin Azərbaycanın sosial-iqtisadi potensialını gücləndirdiyini, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Azərbaycanın mövqelərinin yüksəlməsi iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığının azalması ilə bağlıdır. Bu isə öz növbəsində, bilik və bacarıq tutumlu sahələrin inkişafı üçün möhkəm baza yaradaraq, dördüncü sənaye inqilabının elementlərinin tətbiqini sürətləndirir.

Diqqətə çatdırılıb ki, süni intellekt, data idarəetməsi, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həmçinin iqtisadiyyatların böyümə modelini tamamilə dəyişən amillərdir. Bu çağırışlar ölkəmiz üçün də aktualdır. Sənaye və texnologiya parklarının yaradılması, ölkənin sosial-iqtisadi strategiyasında rəqəmsal iqtisadiyyatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilməsi, 4SİM Azərbaycan Mərkəzinin açılması və rəqəmsallaşma təşəbbüsləri bu transformasiyanın bir hissəsidir.

Vurğulanıb ki, rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə önəmlidir. Ölkəmizdə sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri, subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlərlə yanaşı, texnoloji inkişafı dəstəkləyən işlər də görülür.

İqtisadiyyat naziri qeyd edib ki, rəqəmsal transformasiyanın mərkəzində insan kapitalının inkişafı dayanır. Ölkəmizdə bu çağırışa cavab vermək üçün vətəndaşlara yeni bilik və bacarıqlar qazandırmağı hədəfləyən proqramlar həyata keçirilir.

4SİM-in icraçı direktoru Fariz Cəfərov təqdimatında sənaye transformasiyası üçün zəruri olan üçlü yanaşmadan - biznes, texnologiya və təşkilati transformasiyadan bəhs edib, “Sənaye 4.0 Hazırlıq Proqramı” barədə məlumat verib.

Tədbir çərçivəsində “Sənaye 4.0 Hazırlıq Proqramı”nın pilot mərhələsini uğurla başa vurmuş METAK şirkətinin təsisçisi Alik Kərimov, “Azerfloat” şirkətinin baş direktoru Emil Həsənov və STP şirkətlər qrupunun baş icraçı direktoru vəzifəsini icra edən Ələkbər Abbaslı çıxış edərək, proqramın müəssisələrin fəaliyyətinə və məhsuldarlığına müsbət təsirlərindən danışıblar.

Beynəlxalq ekspert Andres Kadoska “Dünyada transformasiya təşəbbüsləri necə həyata keçirilir? Sənaye 4.0 Mərkəzləri və dəstək proqramları” mövzusunda təqdimatla çıxış edib. Beynəlxalq təcrübələr fonunda Azərbaycanda atılan addımların əhəmiyyəti vurğulanıb.

Tədbirdə texnoloji, ekosistem, insan kapitalının inkişafı üzrə tərəfdaşlarla 4SİM arasında əməkdaşlığa dair sənədlərin imzalanma mərasimi keçirilib. “Festo”, “Koç Digital”, “MEXT” Texnologiya Mərkəzi, “Honeywell”, “SMC” kimi texnologiya şirkətləri ilə yanaşı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Biznesinin İnkişafı Fondu, “Sabah City”, habelə ADNSU, ADA, İqtisad Universiteti, BANM, AzTU və BMU ilə imzalanan niyyət protokolları və anlaşma memorandumları 4SİM-lə əməkdaşlığın qurulmasına və inkişafına xidmət edəcək.

Forumda rəqəmsal iqtisadiyyatla bağlı qlobal trendlərə həsr edilmiş panel müzakirələri təşkil olunub. Beynəlxalq ekspert Cengiz Ulubaşın moderatorluğu ilə keçən paneldə “MEXT” Texnologiya Mərkəzinin rəhbəri Efe Erdem, “Honeywell” şirkətinin regional meneceri Oktay Başer, Qətər İnkişaf Bankının KOB-ların inkişafı üzrə icraçı direktoru Hamad Salem Mejegheer və SOCAR-ın Əməliyyat satınalması və təchizat departamentinin rəis müavini Elçin Musayev çıxış edərək regional təcrübələr, müasir texnologiyaların tətbiqinin yaratdığı iqtisadi təsirlər və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Yerli və beynəlxalq şirkət və startapların texnoloji həllərinin nümayiş olunduğu sərgi də təşkil edilib. Burada 10-dan çox şirkət “Sənaye 4.0” sahəsində öz həllərini təqdim edib. “Sabah City” layihəsi xüsusi maraqla qarşılanıb. Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan və 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan, startap inkubatorları, akseleratorlar, vençur fondları, texnologiya transfer ofisləri və qabaqcıl tədqiqat mərkəzlərini bir araya gətirən innovasiya klasteridir.

Tədbirdə, həmçinin “NigArt” Rəsm Məktəbinin şagirdlərinin süni intellekt və robototexnika mövzusunda hazırladıqları əl işləri sərgilənib.

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər