Naxçıvanda ötən gün 5 yanğın hadisəsi qeydə alınıb VİDEO
Naxçıvan, 17 iyul, AZƏRTAC
Ötən gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında yanğından mühafizə bölmələri tərəfindən 5 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan şəhərinin Qaraçuq, Şahbuz rayonunun Nursu kəndlərində həyətyanı sahədə, Culfa rayonunun Ərəfsə kəndində dağlıq ərazidə açıq sahədə quru ot, kol-kos, Babək rayonunun Didivar kəndində həyətyanı və biçilmiş taxıl sahəsində, Babək rayonunun Cəhri qəsəbəsində isə məişət tullantısı olan ərazidə yanğın baş verib.
Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib.