Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşarət dilini bilməyənlərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” yaradılır - REPORTAJ VİDEO

Sumqayıt, 14 yanvar, Göyçək Mahmudlu, Azər İbrahimov, Ceyhun Mustafayev, AZƏRTAC

Sözlərin səssiz qaldığı anlarda danışan surdotərcümə xidməti mövcud olan ünsiyyət baryerlərinin aradan qaldırılmasında mühüm rol oynayır. Eşitmə və nitq məhdudiyyətli şəxslərin cəmiyyətin bütün sahələrində bərabər şəkildə iştirakını təmin edən həmin xidmət onlara öz hüquqlarını qorumaq, fikirlərini ifadə etmək imkanı yaradır. Azərbaycanda ötən il fəaliyyətə başlayan “Səsiniz olaq” eşitmə və nitq qüsurlu şəxslər üçün onlayn surdotərcümə xidməti həmin təbəqədən olan vətəndaşların cəmiyyətlə ünsiyyətində körpü funksiyasını yerinə yetirir.

AZƏRTAC-ın əməkdaşları Sumqayıt Reabilitasiya Mərkəzinə gedib, ölkə üzrə fəaliyyət göstərən surdotərcümə xidmətinin fəaliyyəti ilə tanış olublar.

Burada məlumat verilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən istifadəyə verilən “Səsiniz olaq” onlayn surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərin müraciətlərinin üçüncü tərəflərə – dövlət qurumları, özəl sektor nümayəndələri və digər təşkilatlara operativ şəkildə ötürülməsini təmin edir. Xidmət vasitəsilə işarət dilini bilməyən tərəflərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” yaradılır. Belə ki, vətəndaşlar videozəng və ya yazılı mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator isə surdotərcüməçi funksiyasını icra edərək müraciətin istiqamətinə uyğun olaraq aidiyyəti üçüncü tərəflə əlaqə yaradır və onlayn kommunikasiya qurulur. Surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərin müxtəlif istiqamətlər üzrə müraciətlərini aidiyyəti tərəflərə daha rahat, düzgün və əlçatan şəkildə çatdırmasına imkan yaradır. Layihə inklüziv mühitin dəstəklənməsi, sosial ünsiyyət maneələrinin aradan qaldırılması və informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sosial-psixoloji reabilitasiya xidmətləri üzrə koordinatoru Pərvin Süleymanova AZƏRTAC-a açıqlamasında 2025-ci il iyulun 28-dən fəaliyyətə başlayan surdotərcümə xidmətinə indiyə qədər 300-ə yaxın müraciətin daxil olduğunu deyib. Onun sözlərinə görə, eşitmə və nitq məhdudiyyətli şəxslərə birbaşa olaraq tərcümə xidməti göstərilir ki, nəticə etibarilə həmin qəbildən olan vətəndaşlar üçün maneəsiz ünsiyyət mühiti yaradılır: “Altı ay ərzində bu qədər müraciət həm həmin xidmətin əhəmiyyətinin, həm də eşitmə və nitq məhdudiyyətli şəxslərin etimadını doğrultmağımızın nəticəsidir. Onlayn surdotərcümə xidməti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi dəyərləndirilib. Həmçinin təşkilatın Avropa regionu üzrə əlilliyi olan şəxslər üçün əlçatanlığın, müyəssərliyin, inklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsində uğurlu təcrübələrin əks olunduğu sənədə daxil edilib. Həmin sənəddə surdotərcümə xidmətinin iş mexanizmi, müraciət qaydaları, hətta bəzi müraciət nümunələri qeyd olunaraq, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün nə qədər real bir mühit yaradaraq sosial inteqrasiyanı təmin etdiyi nümunə kimi göstərilib. Ümumi olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər xidmətə dövlət qurumları, özəl sahələr, tədris müəssisələri, həmçinin şəxsi ehtiyacları ilə bağlı müraciət edə bilirlər”.

Surdotərcüməçi Rəhilə Babayeva isə işarət dilini şəxsi həyatında ehtiyac yarandığı və həmin dilə marağı olduğu üçün öyrəndiyini deyib: “Hazırda işarət dili ilə peşəkar şəkildə 4 ildən artıqdır ki, məşğul oluram. Surdotərcüməçiliklə məşğul olarkən bu işin psixoloji tərəflərini də düşünmək lazımdır. Çünki bəzən hansısa bir prosesi başa salmaq üçün çox zamana ehtiyac yaranır. Bu da səbir tələb edən məqamdır. Surdotərcümə xidmətində daha çox sosial xidmətlərlə bağlı müraciətlər olur. Bank xidmətləri, xəstəxanalar, bundan əlavə şəxsi ehtiyaclarla da bağlı müraciətlər kifayət qədər çoxdur. Xidmətdən yararlanmaq üçün vətəndaşlar 055 213 19 97 əlaqə nömrəsinə vatsap və ya teleqram platformaları vasitəsilə müraciət edə bilərlər. “Səsiniz olaq” surdotərcümə xidməti bazar günü istisna olmaqla, həftənin 6 günü saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir. Prosesə uyğun olaraq, eşitmə və nitq məhdudiyyətli şəxs ilk öncə bizə müraciət edir. Bu, mesaj şəklindədirsə, biz ona dərhal videogörüntülü zəng edirik. Ya da özü birbaşa videozənglə müraciət ünvanlayır. Əvvəlcə qeydiyyat üçün ad, soyad və digər şəxsi məlumatlarını alırıq. Daha sonra isə həmin şəxsin hansı problem üçün müraciət etdiyini öyrənir, kömək etmək üsulunu müəyyənləşdiririk. Həmin şəxs birbaşa kömək istəyə bilər, yəni hər hansı bir qurumdadır, və ya hər hansı bir şəxslə ünsiyyət yaratmaq lazımdırsa, onun yanındadır. Biz burada birbaşa şəkildə tərcümə edirik. Ya da ola bilər ki, görüntülü şəkildə başqa bir şəxsi, yəni əlaqələndiricini də zəngə qoşa bilər. O zaman üç tərəf, yəni biz, müraciət edən, əlaqələndirilən tərəf görüntülü danışır, müraciətin məzmununu və cavabı qarşı tərəfə ötürürük”.

Bildirilib ki, vətəndaşla müvafiq qurumlar arasında sağlam və etibarlı ünsiyyəti təmin edən surdotərcümə xidməti inklüziv və ədalətli cəmiyyətin formalaşması üçün səmərəli addımlardan biridir.

 

 

 

İşarət dilini bilməyənlərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” yaradılır -  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb