Naxçıvana yağan güclü qar yol qəzalarına səbəb olub VİDEO
Naxçıvan, 23 yanvar, AZƏRTAC
Naxçıvan şəhərinə və muxtar respublikanın rayonlarına yağan güclü qar bir sıra yol qəzalarına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonlara gedən magistral yollarda hava şəraitinin kəskin dəyişməsi nəticəsində buzlaşma müşahidə olunur. Buz bağlayan yollar nəqliyyatın hərəkətində də çətinliklər yaradıb.
Naxçıvan şəhəri ərazisində baş verən yol qəzalarından bir neçəsinin fotolarını təqdim edirik.