3 MAY-ÜMUMDÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜDÜR
Məlum olduğu kimi 3 may - Ümumdünya Mətbuat Azadlığı günüdür. Suveren dövlət quruculuğunu, demokratiyanın inkişafını və bütövlükdə cəmiyyəti mətbuatsız təsəvvür etmək çətindir. Dünyada olduğu kimi Azərbaycanda da həyata keçirilən dinamik proseslərin jurnalistlərin iştirakı olmadan reallaşdırılmasını təsəvvür etmək olmaz.
Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini yenidən bərpa etmiş ölkələrdə, o cümlədən də Azərbaycanda mətbuat çox ağır dövr yaşamışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatının bütün sahələrində, eləcə də mətbuatda dönüş yaranmışdır. Vətəndaş cəmiyyətinin təşəkkülünə və bərqərar olmasına xidmət edən yazılara, real gerçəkliyi əks etdirən sözə, tarazlaşdırılmış informasiyaya böyük ehtiyac olduğunu hamıdan yaxşı bilən Heydər Əliyev mətbuat üzərində senzuranı ləğv etmişdir. Mətbuata daim qayğı göstərən ulu öndərimizin bu qərarı media nümayəndələrinin respublikamızda gedən dinamik proseslərin, xalqımızın taleyüklü məsələlərinin, sağlam mənəvi dəyərlərin formalaşdırılmasında, haqq işimizin dəstəklənməsində, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirakına zəmin yaratmışdır.
Ümummili liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də mətbauata daim diqqət və qayğı göstərir. Prezidentimizin fərman və sərəncamları ilə bəzi mətbu orqanlarına maliyyə yardımları göstərilmiş, bəzilərinin illərlə yığılıb-qalmış borcları silinmişdir. Bu da ölkədə söz və mətbuat azadlığı, fikir plüralizmi kimi nailiyyətlərin daha da yüksəlməsinə, ölkəmizin tərəqqisi və inkişafı, ölkə daxilində və beynəlxalq miqyasda xalqımızın nüfuzunun artmasına təkan vermişdir.
AZƏRTAC-ın kollektivi Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə bütün həmkarlarını təbrik edir, ölkəmizin tərəqqisi və inkişafı naminə uğurlar arzulayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]