Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
Bakı, 7 iyun, AZƏRTAC
Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci Dünya Çempionatının ilk oyununda Azərbaycan və Özbəkistan milli komandaları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan millisi rəqibi üzərində üstünlük nümayiş etdirərək 4:2 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatına uğurlu start verib və turnirdə ilk qələbəsini qazanıb.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Tofiq Babayev
Videooperator - Mirrəsul Cəfərov