Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arıçılıq onlar üçün sadəcə peşə deyil, ailə yadigarıdır - Kəlbəcərdən reportaj VİDEO

Kəlbəcər, 30 iyul, AZƏRTAC

Uca dağların qoynunda yerləşən Qılıncı kəndində səhər günəşdən əvvəl oyanan bir səs var. Bu, illərlə susan torpağın yenidən nəfəs aldığını xəbər verən bal arılarının vızıltısıdır.

AZƏRTAC-ın müxbiri işğaldan azad olunan Kəlbəcərin Qılıncı kəndində olub, doğma yurduna qayıdan Quluyevlər ailəsinin bir gününü izləyərək reportaj hazırlayıb.

Vaxtilə yalnız küləyin dolaşdığı bu dağlarda indi yenidən həyat, zəhmət və ümid var. Bu həyatın qəhrəmanlarından biri də İsmət Quluyevdir. O, 23 yaşında doğma kəndini tərk etməyə məcbur qalmışdı. Aradan 34 il keçəndən sonra isə ata ocağına qayıdaraq uşaqlıq xatirələrinin izinə düşüb. İndi hər səhərini arı yeşiklərinin yanında qarşılayır.

"İsmət dayı, bu torpağa qayıdıb yenidən arıçılığa başlamaq sizə nə hiss etdirir?", - deyə ondan soruşuram.

İsmət Quluyev üzünü dağlara tutub gülümsəyir. Deyir ki, arıçılıq onlar üçün sadəcə peşə deyil, ailə yadigarıdır: “Çətin günlərimiz də oldu, rahat günlərimiz də. Amma harada yaşadıqsa, arıçılığı da yaşatdıq. Atam 97 yaşında dünyasını dəyişdi. Mən də özümə söz verdim ki, onun bizə qoyduğu bu mirası davam etdirəcəyəm. Ümidimizi heç vaxt üzmədik. Bilirdik ki, bir gün bu torpaqlara qayıdacağıq”.

Onun danışığında illərin həsrəti, gözlərində isə doğma yurda qovuşmağın sevinci hiss olunur.

Kəlbəcərin saf havası, zəngin florası və dağ çiçəkləri burada istehsal olunan bala xüsusi dad və ətir verir. Kəklikotu, qantəpər, cökə və saysız-hesabsız çiçəklərdən toplanan nektar Kəlbəcər balını fərqləndirən əsas amillərdəndir.

- Niyə məhz Kəlbəcər? Bu yerləri arıçılıq üçün fərqləndirən nədir?

- 2021-ci ildən arılarımızı yenidən bura gətirməyə başlamışıq. Azərbaycanın hər yerində gözəl təbiət var. Amma Kəlbəcərin şəraiti tamam başqadır. Çiçəklərin bolluğu, suların mineral tərkibi, sərin iqlim – bunların hamısı arıçılıq üçün böyük üstünlükdür.

Söhbətdən sonra İsmət dayı bizi 50-dən çox arı ailəsinin saxlanıldığı vaqona aparır. Qoruyucu geyimləri geyinib pətəklərə yaxınlaşırıq. Qapaq ehtiyatla açılır. Minlərlə arı dayanmadan işləyir. Arılar nektar gətirir, şan hörür.

İlk dəfə bu qədər arının arasında olmaq həyəcan doğurur: "İsmət dayı, pətəyi açanda arılar sancmır?"

Gülümsəyərək cavab verir:

“Bəzən sancırlar, bəzən də yox. İndi axşamüstüdür. Ola bilsin sancsınlar, ola bilsin yox. Hazırda bal mövsümüdür. Biz buna “ağartma” dövrü deyirik. Arılar indi çox işləyirlər, ona görə də adətən sakit olurlar”.

Onun hərəkətlərində tələskənlik yoxdur. Elə bil arılar da sahibini tanıyır. Pətəyin içindəki minlərlə canlı sanki bir orkestr kimi ahəngdar işləyir.

Həyətdə isə başqa bir həyat davam edir. Axşam süfrəsi üçün paxla yığan Gülüstan Quluyeva bizi təbəssümlə qarşılayır. Vaxtilə bu evə gəlin gələn Gülüstan xanım illər sonra yenidən doğma həyətində torpaqla nəfəs alır.

- Yenidən bu həyətə qayıtmaq necə hissdir?

- Çox şükür ki, yenə gəlib əkirik, becəririk, arıçılıqla məşğul oluruq. Bu günümüzə şükür edirik. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Doğma torpağa qayıtmaqdan gözəl hiss yoxdur.

Gün batdıqca Kəlbəcərin zirvələri qızılı rəngə boyanır. Gün boyu çiçəklərdən-çiçəyə uçan arılar yuvalarına qayıdır. Həyətdə görülən işlər tamamlanır. Quluyevlər ailəsi isə zəhmətlə keçən daha bir günün ardından sabahın ümidinə köklənir.

Sabah Günəş yenidən bu dağların arxasından doğacaq. Arılar yenə pətəklərindən çıxacaq. Qılıncı kəndində isə həyat yenə eyni səslə – bal arılarının vızıltısı ilə başlayacaq.

Müxbir- Rəşad Türkoğlu

Arıçılıq onlar üçün sadəcə peşə deyil, ailə yadigarıdır - Kəlbəcərdən reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belçikalı voleybolçu: Azərbaycan millisi fiziki cəhətdən yaxşı komandadır

Nepalda baş verən daşqın zamanı ölənlərin sayı 168-ə çatıb

DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq

Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA

Xaçmazda ağır qəza: 17 yaşlı tələbə həyatını itirdi

Gənclər Kitabxanası Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb

Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur

Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi REPORTAJ

Akademik: Vasim müəllimin yeri daim görünür

Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

® “Rabitəbank”dan təhsil işçilərinə 50 min manatadək nağd pul krediti

Qızıl və gümüşün bahalaşması davam edir VİDEO

Qızıl və gümüşün bahalaşması davam edir VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan nefti 91,51 dollara satılır VİDEO

Azərbaycan nefti 91,51 dollara satılır VİDEO

Neft baza sahəsində “yanğın” söndürüldü, əməkdaşlar “təhlükəli ərazidən” təxliyə edildilər

UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Akademik Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təşəbbüskarlarından olub

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI

Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib

“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək

Özbək jurnalist : Azərbaycan və Özbəkistan yeni əməkdaşlıq modeli formalaşdırır

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi