Binəqədidə təkər tullantıları yığılmış sahədə baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO
Bakı, 31 iyul, AZƏRTAC
Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə baş verən yanğın söndürülüb.
AZƏRTAC xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
14:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.