Əli İsa Cabbarov: Yeni nəsil kino yaradıcıları formalaşır VİDEO
Bakı, 31 iyul, AZƏRTAC
Bu il Azərbaycan kinosu üçün məhsuldar illərdən biri kimi qiymətləndirilə bilər. Yeni nəsil kino yaradıcıları formalaşır və onların çəkdiyi filmlər tamaşaçıların diqqətini cəlb edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Əli İsa Cabbarov deyib.
O diqqətə çatdırıb ki, televiziya kanallarında yerli filmlərin nümayişi də əvvəlki illərlə müqayisədə artıb.
“Eyni zamanda, istehsal olunan filmlərin sayı çoxalır, mövzu və janr baxımından daha geniş çeşid yaranır. Bu müxtəliflik Azərbaycan kinosunun inkişaf etdiyini və daha zəngin məzmun qazandığını göstərir”,- deyə Əli İsa Cabbarov əlavə edib.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Tofiq Babayev
Operator - Namiq Abdullayev