Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Rixos Quba Azerbaijan” otel kompleksi açılmışdır
Prezident İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Quba, 20 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal regionuna səfəri çərçivəsində dekabrın 20-də Qubada “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında iştirak etmişdir.

Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırmışdır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər reallaşdırılır. Bu otellərdə müştərilərə yüksək səviyyəli xidmətlər göstərilir.

Dünyada mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı da başlıca prioritetlərdəndir. Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Quba da öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Rayonda 2011-ci ilin aprelində tikintisinə başlanmış və artıq istismara hazır olan “Rixos Quba Azerbaijan” otel kompleksi də həmin istiqamətdə atılan addımlardan biridir. Prezident İlham Əliyev bu ilin sentyabrında Qubaya səfər edərkən bu otelin mükəmməl infrastruktura və müasir xidmət şəbəkəsinə malik bir kompleks kimi formalaşması üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdi. Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Rixos Quba Azerbaijan” oteli təkcə Quba rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Otel mükəmməl infrastruktura malikdir.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, “Rixos Quba Azerbaijan” oteli Qudyalçayın sahilində inşa olunmuşdur. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstəriləcəyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilmişdir. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan “Rixos Quba Azerbaijan” otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstəriləcəkdir.

Prezident İlham Əliyev komplekslə tanış oldu. Bildirildi ki, otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. Bundan əlavə, sauna, masaj otağı, idman salonu, ev kinoteatrı, istirahət otağı, terraslar və digər xidmət infrastrukturu müştərilərin ixtiyarına veriləcəkdir.

Otelin “The Challette” restoranı yüksəklikdə - mənzərəli ərazidə yerləşir. Restorana getmək üçün kanat və avtomobil yolları vardır. Restoran qonaqlara müxtəlif çeşiddə yeməklər təklif edir. Ərazisi 2,6 hektar olan süni gölün ətrafında qurulmuş “Le Coquet” restoranında isə dəniz məhsullarından yeməklər hazırlanır. “Mosaic restaurant” isə otelin əsas iaşə obyekti kimi, qonaqlara səhər, nahar və şam yeməkləri təklif edir. Eyni zamanda, bu restoranda dünya mətbəxinin ləziz nümunələri də təklif olunur. Qonaqlar 24 saat ərzində otaqlara yemək və içki sifariş verə bilərlər. Burada fəaliyyət göstərən “Planet Quba” əyləncə mərkəzi 1000 nəfər üçün nəzərdə tutulmuş ailəvi məkandır. Əyləncə mərkəzi bütün növ xidmətlər və hər cür oyun avadanlığı ilə təchiz olunmuşdur. Oteldə 4-12 yaşındakı uşaqlar üçün nəzərdə tutulan “Rixy clubda” balacalara əyləncəli proqram təşkil edilir. Burada müxtəlif mərasimlər keçirmək üçün gözəl şərait vardır.

Diqqətə çatdırıldı ki, kompleksdəki “Rixos SPA & Welness” sağlamlıq mərkəzinin ümumi ərazisi 1800 kvadratmetrdir. Burada açıq və qapalı hovuz, masaj otağı, trenajor zalı və gözəllik salonu vardır. Əsas binadakı otaqlar ən modern mebel, yataq dəsti, avadanlıqla təchiz olunmaqla zövqlə tərtib edilmişdir. “Rixos Quba Azerbaijan”da “Şimal”, “Xəzər” və “Bakı” adlı üç görüş zalı vardır. “Xəzər” zalında görüşlərdən əlavə, 1500 nəfərlik təntənəli tədbirlər, forumlar və şənliklər keçirmək planlaşdırılır. Oteldə meşədə gəzinti, xüsusi maşınlarla “safari” bölgə turu təşkil olunacaqdır.

Kompleksə xüsusi gözəllik verən qolf sahəsinin ərazisi 68 hektardır. Burada Azərbaycanda ilk və yeganə qolf kursları təşkil olunacaqdır. Kanat yolu ilə qonaqlar üçün xüsusi dağ gəzintisi xidmətləri göstəriləcəkdir. Kompleksin ərazisi tam abadlaşdırılmışdır. “Rixos Quba Azerbaijan” otelində 300-dən çox daimi iş yerinin açılması nəzərdə tutulur.

Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü.

Azərbaycan Prezidentinə məlumat verildi ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir.

Otelin kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Otelin açılışı münasibətilə sizi təbrik edirəm. Gözəl oteldir, ən yüksək standartlara cavab verir. “Rixos” otellər qrupu dünya səviyyəsində məşhur brenddir. Şadam ki, artıq Azərbaycanda da “Rixos” oteli vardır və məhz bölgələrdə, Quba rayonunda. Bu da ölkəmizin ümumi inkişafını göstərir. Bu, onu göstərir ki, Azərbaycanda, ölkəmizin hər bir yerində gözəl xidmət sahələri yaranır.

Son illər ərzində Bakıda bir neçə beşulduzlu otel açılmışdır. Təkcə son iki ildə “Kempinski”, “Hilton”, “Marriott”, “Four Seasons”, “Jumeirah”, “Fairmont” otelləri tikilmişdir, daha əvvəl “Hyatt” oteli var idi. Yəni, Bakıda dünya şöhrətli səkkiz otel şəbəkəsi vardır. Bu proses artıq bölgələrdə başlamışdır. Qubada da bu, birinci beşulduzlu oteldir. Dünən Qusar rayonunda, Şahdağda iki beşulduzlu otel açılmışdır. Üçüncüsünün inşası davam edir. Yəqin ki, gələn ilin ortalarına qədər o da hazır olacaqdır. Yəni, bu, şimal zonasının ümumi inkişafını şərtləndirən sahədir. Mən dəfələrlə demişəm ki, şimal zonasının inkişafı daha çox turizmlə bağlı olmalıdır və biz artıq bunu görürük. Belə otellər hər bir böyük şəhərə yaraşıq verə bilər. Şadam ki, Quba rayonunda belə gözəl otel vardır.

Mən sentyabr ayında burada olmuşam. O vaxt biz qolf meydançasının açılışını qeyd etdik. Ondan sonra villalarla da tanış oldum. Burada o vaxt hələ inşaat gedirdi. İndi demək olar ki, otel tam hazırdır. Bilirəm ki, Yeni il ərəfəsində çoxlu qonaqlar gözlənilir. Əminəm ki, burada hər kəs özünü rahat hiss edəcəkdir.

Hesab edirəm ki, bütövlükdə gələcəkdə ölkəmizin digər bölgələrində də beşulduzlu, dördulduzlu, üçulduzlu otellər tikiləcəkdir. Çünki bu gün Azərbaycanı dünyada tanıyırlar. Azərbaycanda gedən inkişaf dünya ictimaiyyətinin diqqətini çəkir. Azərbaycanda inkişaf üçün bütün imkanlar - gözəl təbiət, gözəl iqlim, qonaqpərvər insanlar, təhlükəsizlik, - Azərbaycan bəlkə də dünyanın ən təhlükəsiz yerlərindən biridir, - insanların xoş münasibəti vardır. Əlbəttə ki, xidmət də yüksək səviyyədə olmalıdır. Mənim buna şübhəm yoxdur. Çünki bir daha demək istəyirəm ki, “Rixos” dünya miqyasında tanınmış brenddir.

Bu otelin tikintisi ölkəmizin ümumi inkişaf dinamikasını göstərir. Hətta dünyanı bürümüş böhran illərində də ölkəmizə böyük investisiyalar qoyulur. Dövlət və özəl qurumlar investisiyalar qoyur. Dövlət və özəl sektorun tərəfdaşlığı bu gün Azərbaycanda özünü göstərir. Əminəm ki, gələcəkdə Qubada və ətraf rayonlarda yeni gözəl otellər, istirahət zonaları tikiləcəkdir.

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

“Rixos Quba Azerbaijan” otel kompleksi açılmışdırPrezident İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə ailə üzvlərini axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO