Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDUBADDA BİLƏV SU ELEKTRİK STANSİYASININ AÇILIŞI

ORDUBADDA BİLƏV SU ELEKTRİK STANSİYASININ AÇILIŞI

Bakı, 6 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə tənzimləyici bəndə və su anbarına baxdı.

Məlumat verildi ki, stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.

Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün su tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk cisimlərdən təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu anbardan su poladdan hazırlanan təzyiq borusu ilə stansiyaya verilir. Suyun təzyiqi 24 atmosferə bərabərdir. Burada hər birinin diametri 2,4 metr olan 2 sifon quraşdırılmışdır. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosfer təşkil edir.

Sonra Prezident İlham Əliyev stansiya binasının olduğu əraziyə gəldi. Muxtar respublika ictimaiyyətinin nümayəndələri, energetiklər və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev stansiyanın maketinə və şəkillərinə baxdı. Diqqətə çatdırıldı ki, stansiya binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Burada Avstriya şirkətinin hazırladığı iki turbin və iki generator quraşdırılmışdır. Stansiyanın nominal gücü 20 meqavat, maksimal gücü isə 22 meqavatdır. Stansiyada istehsal edilən enerji yarımstansiyaya ötürülür. Gərginliyi 110/35/10 kilovolt olan yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan iki transformator quraşdırılmışdır. Burada şəbəkəyə iki qoşulma xətti vardır. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji istehsalı 80 milyon kilovatsaatdır. Stansiyanın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır. Ərazidə əsaslı bəndbərkitmə işləri də aparılmışdır. Stansiyanın tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən qurulmuşdur.

Dövlətimizin başçısı stansiyanı işə saldı.

Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış etdi.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ

VASİF TALIBOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin rəhbərliyinizlə uğurla davam və inkişaf etdirilir. Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq lider dövlətə çevrilmişdir. Siz Azərbaycanın inkişafının bölgələrin inkişafı ilə sıx bağlı olduğunu bildirərək, tövsiyə etmişdiniz ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, hər bir rayon mərkəzi müasir standartlara cavab versin, bütün kəndlərdə abadlıq işləri aparılsın, yollar salınsın, elektrik enerjisi ilə təminat yaxşılaşsın, bir sözlə, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş versin.

Bu tövsiyəniz, ondan irəli gələn vəzifələr ölkəmizin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilir. Aydındır ki, hər bir inkişafın kökündə iqtisadi inkişaf dayanır. Son 5 ildə muxtar respublikanın iqtisadi inkişafı 4 dəfə artmışdır. Sənayenin, kənd təsərrüfatının və sosial sahələrin inkişafında əsaslı dönüşə nail olunmuşdur. Son dövrlərdə yaradılan sənaye və emal sahələri sovetlər birliyinin mövcud olduğu illər ərzində istifadəyə verilən müəssisələrin sayını 8 dəfə üstələmişdir. Bunun sayəsində yeni iş yerləri açılmış, əhalinin məşğulluğu təmin olunmuşdur. 2003-cü ildən bu günədək Naxçıvan Muxtar Respublikasında 44 min 647 yeni iş yeri açılmışdır ki, bunun da 29 min 393-ü və yaxud 66 faizi daimi iş yerləridir. Yeni iş yerlərinin açılması, iqtisadiyyatın ümumi strukturuna uyğun olaraq və daxili bazarın qorunması tələbləri nəzərə alınaraq yeni istehsal və emal sahələrinin yaradılması sahibkarlığın inkişafı üçün əlverişli şəraitin formalaşdırılması hesabına mümkün olmuş, ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 86 faiz təşkil etmişdir.

Bu illərdə sosial sahələrin inkişafı da diqqət mərkəzində saxlanmışdır. Sizin tapşırığınızla əhalinin sağlamlığının qorunması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bu gün muxtar respublikanın hər bir rayonunda ən müasir tələblərə cavab verən mərkəzi xəstəxana binalarının tikintisi proqramı uğurla icra olunmaqdadır. Belə ki, 5 mərkəzi xəstəxana binası tikilmiş, 1 mərkəzi xəstəxananın inşası isə davam etdirilir. Naxçıvan şəhərində ətraf bölgələrdə analoqu olmayan diaqnostika-müalicə və doğum mərkəzləri istifadəyə verilmiş, bundan başqa 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur.

Təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əmək haqlarında, tələbə və peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin təqaüdlərində özünü göstərən dinamik artım, məktəblərin pulsuz dərslik və latın qrafikalı yeni nəşrlərlə təmin edilməsi ölkə rəhbərinin bu vacib sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 68 min 374 şagird yeri olan 168 ümumtəhsil məktəbi binası, 1398 yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

İstifadəyə verilmiş bütün təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılmış, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları, zallar müasir dünya standartları nəzərə alınaraq hazırlanmış, ən yeni informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmuşdur. Bu günədək muxtar respublikanın ümumtəhsil məktəblərinə 2781 kompyuter verilmişdir. Bu kompyuterlərin 2190-ı və ya 79 faizi internetə qoşulmuşdur. Bundan başqa, 220 məktəbdən 200-ü elektron lövhələrlə təmin olunmuşdur.

Hər bir ölkənin inkişafı onun enerji və ərzaq təhlükəsizliyi ilə sıx bağlıdır. Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr muxtar respublikada da özünü göstərməkdədir. Hazırda muxtar respublikada əhalinin 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla 242 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Bunlar kənd təsərrüfatının texniki təminatı ilə bağlıdır. 2005-ci ildən ötən müddətdə 540 yeni texnika, 21 min tondan çox mineral gübrə gətirilərək torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir.

Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi də xüsusi diqqət yetirilən sahələrdəndir. Vaxt var idi ki, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi sutka ərzində 10-12 saat verilir, böyük fasilələr yaranırdı, qonşu ölkələrdən enerji alırdıq. Sizin himayənizlə 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qaz kəmərinin çəkilməsindən sonra enerji təsərrüfatının gücləndirilməsi sahəsində təsirli tədbirlər görülmüş, modul və qaz-turbin elektrik stansiyaları, Heydər Əliyev su anbarı üzərində elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bundan başqa, Biləv Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər imkan yaratmışdır ki, Naxçıvan Muxtar Respublikası özünü 4 dəfə elektrik enerjisi ilə təmin edə bilsin. Bu gün Naxçıvan Muxtar Respublikası elektrik enerjisi alan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir. Hazırda Türkiyə Respublikasına əvvəlki illərdə alınan elektrik enerjisinin əvəzinə gündə 16 meqavat elektrik enerjisi verilir.

Möhtərəm Prezident!

2004-cü ildən bəri Siz 8 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmiş, himayənizlə tikilmiş 50-dən çox təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələri, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışını etmisiniz. Muxtar respublikaya hazırkı səfəriniz çərçivəsində Kəngərli rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin, Naxçıvan şəhərində travertin zavodunun, məhdud fiziki imkanlılar üçün regional informasiya mərkəzinin, Naxçıvan şəhərinin içməli su təchizatının, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, 87 kilometrlik Naxçıvan-Sədərək magistral yolunun ikinci hissəsinin, Şərur rayonundakı Yengicə və Maxta kənd orta məktəblərinin, Sədərək rayonunda mərkəzi xəstəxananın, orta məktəbin yeni tikilmiş binalarının və Heydərabad qəsəbəsinin yenidənqurmadan sonra açılışı həyata keçirilməkdədir.

Bütün bunlara görə Sizə öz minnətdarlığımızı bildirir, ulu öndərimizin yolunun davam etdirilməsində, məhsuldar dövlətçilik fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

PREZİDENT İLHAM ƏLİYEVİN

ÇIXIŞI

-Əziz dostar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün, doğrudan da, Naxçıvan Muxtar Respublikasında çox əlamətdar bir gündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qeyd etdi ki, biz bu gün Naxçıvanda bir neçə iqtisadi, sənaye, sosial yönümlü obyektin açılışını qeyd etmişik, hələ bir neçə müəssisənin açılışı gözlənilir. Bu, onu göstərir ki, Naxçıvan çox sürətlə və hərtərəfli inkişaf edir. Bir gündə Naxçıvanda 3 məktəb, xəstəxana, magistral avtomobil yolu, elektrik stansiyası, digər zavodlar, fabriklər, içməli su - demək olar ki, bütün sahələri əhatə edən müəssisələr açılır. Ancaq bu işlər bir gündə həll olunan məsələlər deyildir. Bu məsələləri həll etmək üçün düşünülmüş siyasət və məqsədyönlü addımlar lazımdır. Bu addımlar atılır.

Bu gün Naxçıvanda və demək olar ki, bütün ölkəmizdə, bütün bölgələrdə aparılan siyasət bir məqsədi güdür ki, Azərbaycan daha da güclənsin, vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan böhranlı anları geridə qoyub, öz inkişaf strategiyasını ortaya qoyub və bu strategiya bu gün də uğurla icra edilir. Heydər Əliyev siyasəti Azərbaycanın bütün bölgələrində özünü büruzə verir. Hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda quruculuq, abadlıq işləri aparılır. Böyük investisiyalar qoyulur. İqtisadi və sosial məsələlər öz həllini tapır. Baxın, son bir neçə il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Ölkədə son illərdə 800 mindən artıq yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün praktiki tədbirlər görülüb. Demək olar ki, Azərbaycan indi öz daxili tələbatını, ərzağa olan tələbatının böyük hissəsini özü təmin edir. Biz çalışmalıyıq ki, görüləcək işlər nəticəsində özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq.

Enerji təhlükəsizliyi məsələlərinin həlli işində ölkədə əsaslı tədbirlər görülüb. Bütün bunlar Heydər Əliyev neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Əgər 1994-cü ildə ulu öndərin qətiyyəti və müdrikliyi sayəsində Azərbaycanın yeni neft strategiyası başlanmasaydı, bu gün biz bu uğurlardan danışa bilməzdik. Məhz Azərbaycan iqtisadiyyatına xaricdən gətirilmiş milyardlarla dollarla ölçülən investisiyalar hesabına biz ölkəmizi hərtərəfli inkişaf etdirməyə nail ola bilmişik. Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda, qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik. Bu gün Azərbaycan təbii qazı, nefti, neft məhsullarını, elektrik enerjisini qonşu ölkələrə ixrac edir. Bu ixrac ildən-ilə daha da şaxələnir. İxracın coğrafiyası genişlənir və həcmi artır. Bu, çox vacib məsələdir ki, biz enerji təhlükəsizliyimizi təmin edəndən sonra başqa ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün töhfəmizi veririk.

Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir, bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir.

Bu gün Biləv Su Elektrik Stansiyasının açılışı, sadəcə olaraq görülən işlərin yeni mərhələsidir. Bu stansiyanın çox böyük əhəmiyyəti vardır. Düzdür, Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilibdir. Vasif Talıbov qeyd etdi ki, bu gün Naxçıvanda enerji potensialının həcmi tələbatdan bir neçə dəfə artıqdır. Ancaq su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Su mənbələrimizdən səmərəli istifadə etmək üçün Azərbaycanda çoxlu tədbirlər görülüb və bu tədbirlər ardıcıl şəkildə həllini tapır.

Bu gün Naxçıvanda elektrik enerjisi və qazla təminat ən yüksək səviyyədədir. Naxçıvanda qazlaşdırma siyasəti uğurla başa çatıbdır və hətta sovet dövründə qazlaşdırılmayan kəndlər, məntəqələr bu gün hamısı qazlaşdırılıbdır. Yəni, bu, böyük bir proqramın icrası nəticəsində mümkün ola bilmişdir. Naxçıvanda modul tipli elektrik stansiyasının işə düşməsi, uzun fasilədən sonra Naxçıvana təbii qazın verilməsi demək olar ki, muxtar respublikada ciddi bir dönüş yaratdı. Çünki iqtisadi potensial enerji mənbəyi olmadan inkişaf edə bilməz. Biz nə qədər vəsait qoysaq, nə qədər kreditlər ayrılsa, nə qədər müəssisələr yaradılsa, əgər enerji mənbələri yoxdursa, onların heç biri işləməyəcək və heç kim o vəsaiti qoymayacaqdır.

Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, coğrafi baxımdan Azərbaycanın əsas hissəsi ilə bağlantısı yoxdur. Vaxtilə Azərbaycanın qədim torpağı olan Zəngəzur diyarının Ermənistana verilməsi demək olar ki, Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayırıbdır. Naxçıvan uzun illərdir ki, blokada şəraitində yaşayır və bu blokadanı Ermənistan tətbiq edir. Ancaq buna baxmayaraq, Naxçıvanın bütün imkanları səfərbər olunub və əlavə tədbirlər görülür, proqramlar icra olunur. Bu gün Naxçıvan uğurla və sürətlə inkişaf edən diyardır, respublikadır. Bütün şəhərlər abadlaşır, gözəlləşir, yeni mehmanxanalar, sənaye müəssisələri yaradılır. Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır. Hər halda biz buna nail olmaq üçün bütün tədbirləri görürük.

Eyni zamanda, Azərbaycanın zəngin neft-qaz potensialı bizə imkan verir ki, özümüzü çox rahat hiss edək. Çünki enerji təhlükəsizliyi, enerjidən asılılıq çox ciddi məsələdir. Bəzi ölkələr xarici mənbələrdən asılı olduqlarına görə istər-istəməz xarici amili də nəzərə almalıdırlar. Azərbaycan o ölkələrdəndir ki, nəinki enerji potensialını işə salıb və enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, başqa ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu gün Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində min meqavatdan artıq enerji gücü vardır ki, biz ondan səmərəli istifadə edərək başqa ölkələrə ixrac edəcəyik. Azərbaycanda tikilən yeni elektrik stansiyalar bu gücü iki dəfə artıracaqdır. Ancaq bununla bərabər, biz bu yaxınlarda qəbul edilmiş proqramlar əsasında bərpa olunan enerji növlərinə xüsusi diqqət veririk. Biz su, günəş, külək enerji mənbələrini yaratmalıyıq. Çünki bütün bu təbii şərait Azərbaycanda vardır və konkret proqram nəzərdə tutulub. Proqramın icrası nəticəsində Azərbaycanın bütün su mənbələrində, çaylarda kiçikhəcmli su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Təkcə bu il 3 rayonda kiçikhəcmli stansiyaların təməl daşı qoyulubdur. Ancaq onların arasında ən böyüyü, əlbəttə ki, Biləv Su Elektrik Stansiyasıdır.

Bu günə qədər görülmüş işlər və bu nəticələr onu göstərir ki, nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur və şübhə etmirəm ki, bu gün planlaşdırdığımız bütün məsələlər gələcəkdə öz həllini tapacaqdır.

Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda, müasir şəhərdir, müasir respublikadır. Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar və cansağlığı arzulayıram. Sağ olun.

X X X

İctimaiyyətin nümayəndələri və energetiklərlə söhbətində Prezident İlham Əliyev bir daha Biləv Su Elektrik Stansiyasının açılışını əlamətdar hadisə adlandıraraq bildirdi ki, gələcəkdə çaylar üzərində bu tipli stansiyaların tikintisi davam etdiriləcəkdir. Bu gün nəinki Naxçıvanın enerji tələbatı tam şəkildə təmin olunur, hətta qonşu İran və Türkiyəyə də enerji nəqlinə imkanlar açılmışdır. Naxçıvan artıq elektrik enerjisi ixrac edən diyara çevrilmişdir.

Prezident İlham Əliyev enerji mərkəzinə çevrilən Naxçıvanın günəşli diyar olduğunu vurğulayaraq, gələcəkdə burada günəş enerjisi istehsalının mümkünlüyünü və bu istiqamətdə müəyyən tapşırıqların verildiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev energetiklərə uğurlar arzuladı.

Sonra xatirə şəkli çəkdirildi.

 

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz təyyarəyə hücum edib

Çində torpaq sürüşməsi baş verib: ölənlər var

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub

ŞƏT-ə sədrlik Pakistana öz güclü tərəflərini nümayiş etdirmək imkanı verəcək - ŞƏRH

İranda yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb

Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib

Memar: Şuşanın hər bir daşı milli kimliyimizin və tariximizin şahididir

Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım

Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb

Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

Deputat: Tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməzdir

Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub

Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır - AÇIQLAMA

"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib

Şəhidlərin xatirəsi tarixi və mədəni irsə zərər vurmaqla əbədiləşdirilməməlidir – ŞƏRH

Zelenski Kiyev və Moskvaya hava zərbələrinin dayandırılması məsələsinə aydınlıq gətirib

Cavid İsmayıl: Vətən sevgisi onun daşına yazmaqda deyil, daşını qorumaqdadır

Bu saata olan əsas xəbərlər

Minillik tarix, zəngin mədəniyyət: İçərişəhərdə Şanlıurfa Mədəniyyəti Günləri

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb VİDEO

Tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir - ŞƏRH

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

O yazılar tarixi mənzərəni zədələyir - RƏY

Gülşən Axundova: Tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur

Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub

İki şəhid qardaşın atası: Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz

Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir