PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub
Bakı, 30 may, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gəlib.
Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunan qarşılaşmanı əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1.
Hesabı 6-cı dəqiqədə London təmsilçisinin hücumçusu Kay Haverts açıb. Paris klubu 65-ci dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə 30 dəqiqə oynanılıb. Əlavə vaxtda da tarazlıq pozulmadığı üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq (4:3) oynayan PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]