Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir -  ŞƏRH

Bakı, 30 may, AZƏRTAC

Azad Qarabağımız və Şərqi Zəngəzurumuz bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın bu torpaqlara mərhələli qayıdışı ilə dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyevin bu ərazilərə səfərlərinin hər biri görülən və görüləcək işlərin təqdimat ilə diqqətdə olur. Bu baxımdan Prezident İlham Əliyevin 28 May Müstəqillik Günündə Xankəndi, Şuşa və Xocalı rayonlarına səfəri mühüm sosial obyektlərin açılışı, görülən işlərlə tanışlıq, Şuşanın Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü ilə yadda qaldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə səsləndirib.

O bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir: “Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bu təcrübənin təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev WUF13-lə bağlı paylaşımında da bu məqamı xüsusi qeyd etdi ki, urbisid, kultursid və ekosidin qurbanı olmuş ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq; bu səylər dünyanın digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır.

Bu gün 85 mindən artıq sakinin Qarabağda və Şərqi Zəngəzurda yaşaması, işləməsi, oxuması özündə mühüm məqamları ehtiva edir. Bərpa-quruculuq işlərinin miqyası genişdir, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı dövrə - cari ilin sonunadək 140 min soydaşımızın doğma yurd-yuvasına qayıdışı reallığa çevriləcək. Dövlətimizin başçısı Şuşanın Qaladərəsi kəndində sakinlərlə görüşündə bir daha qeyd etdi ki, ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Cəmi 5 il ərzində bu qədər iş görmək - bunu ancaq güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir”.

Deputat xatırladıb ki, dövlətimizin başçısı sözügedən səfər zamanı Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin, Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin, Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak etdi, Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzdü, Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə, Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu: “Dövlətimizin başçısı kəndə qayıdan sakinlərlə görüşdü. Bir səfər çərçivəsində atılan addımların miqyası ümumilikdə bu günədək Qarabağda və Şərqi Zəngəzurda görülən işlərin aydın mənzərəsini yaradır. Əsas məqsədlərdən biri bu torpaqlara qayıdan sakinlərin yüksək yaşayış səviyyəsini, məşğulluğunu təmin etməkdir. Azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsi, ölkəmizin dayanıqlı inkişafına töhfələr verməsi əsas prioritetlər sırasındadır. Səfər zamanı dövlətimizin başçısı İlham Əliyevin açılışında iştirak etdiyi Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsi, Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyət də bu istiqamətdə atılan addımlar sırasındadır. Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı “Qarabağ Tekstil Evi” MMC-nin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 85 nəfər daimi işlə təmin olunub. Onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Müəssisənin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsi Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir”.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi “Qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar. Siz buna layiqsiniz. Siz 30 il əzab-əziyyət içində yaşamısınız, bundan sonra ancaq xoşbəxt həyat olmalıdır” fikirləri Böyük Qayıdış Proqramının uğurlu icrasının, hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmaq istəyimizin təqdimatı oldu: “Prezident İlham Əliyev görüşdə onu da bildirdi ki, xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və biz bu torpaqlara qayıdacağıq. Son illər ərzində - 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək və gəldi”.

Milli Məclisin deputatı bildirib ki, son beş ildən artıq dövrün qürurverici hadisələrindən biri təbii ki, bayramlarımızın, əlamətdar tarixlərin azad edilmiş ərazilərimizdə qeyd edilməsidir: “28 May Müstəqillik Günündə dövlətimizin başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfərləri, doğma yurda qayıdan sakinlərlə görüşləri də artıq ənənə halını alıb. Budəfəki bayram görüşünün iştirakçıları olan Böyük Qaladərəsi kəndinin sakinləri onlar üçün yaradılan belə yüksək şəraitə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildirdilər. Qeyd edək ki, kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı işğaldan azad olunub. Kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. İlkin olaraq kəndə 64 nəfər qayıdıb. Hər bir qayıdış tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yolun təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə güc topladıq. Hazır olan zaman gəldik və elə gəldik ki, şanlı Zəfərimiz bütün dünyaya səs saldı. Həm 2020-ci il, həm də 2023-cü il Şanlı Zəfərimizdir və biz əbədi bu Zəfərlə fəxr edəcəyik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir. Əldə edilmiş sülh bizim şərtlərimiz əsasında oldu”.

Vüqar Rəhimzadə qısa təhlil əsasında belə ümumiləşdirmə aparıb ki, Qarabağ və Şərqi Zəngəzurda müasir, dayanıqlı infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması, əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir: “Qısa zamanda bu torpaqlarda 3 yeni beynəlxalq hava limanının istifadəyə verilməsi görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, sosial infrastrukturun bərpası davam etdirilr. Enerji təhlükəsizliyinin təminatına xüsusi önəm verilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağda və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Bu ərazilərdə iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Görülən və görüləcək işlər çoxdur. Hər bir hədəfə ardıcıllıqla nail olan Azərbaycan Böyük Qayıdış Proqramının da uğurlu icrasını tam şəkildə başa çatdıracaq, bütün azad edilmiş ərazilərimiz sakinlərinə qovuşaraq xoşbəxt günlərini yaşayacaq. Dövlətimizin başçısı İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşündə bir daha bu əminliyi ifadə etdi ki, “dəmir yumruq”, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB -2 VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Kimya İnstitutunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Namiq Abdullayev: Bu gün avtoqraf alan uşaqlar sabah Azərbaycanın idman ulduzları ola bilərlər

Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam

Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Neftçi övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü valideynlərinin iş yerlərində qeyd ediblər

Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb

Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur

ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

® “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib 

Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib

“Elləroyuğu” Yaylaq Festivalı: Şamaxıda Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi nümayiş olunub

Xaricdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Məhkum valideynlər övladları ilə görüşdülər

® Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

® “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Kambocanın Kralı Norodom Sihamonidən

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

® “Coca-Cola” Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər

Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başlayıb

IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb

WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

® Mərkəzi Gömrük Hospitalında uşaqlara həsr edilən tibbi-sosial aksiya təşkil olunub

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

Könüllü gənclər Ulu Öndərin xatirəsini şahmat turniri ilə anıblar

Gürcüstanlı nazir müavini: Region ölkələrinin enerji əməkdaşlığı yeni mərhələyə keçir

AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir – ŞƏRH

Cəbrayılda uşaqların bayram sevinci

Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik

BMU keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

® “OBA” “Qonşuluqda 10 iz” layihəsi həyata keçirib

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilir

Ən çox allergiya yaradan qidalar hansılardır?

Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir

Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

“Neftçi” İdman Klubu uşaqları sevindirib

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib

CİS texnologiyaları Zəngilan və Ağdamı regionun “ağıllı” şəhər nümunəsinə çevirir – MÜSAHİBƏ

“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub

Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib

Əhməd Əl Kaabi: Beynəlxalq əməkdaşlıq enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur ŞƏRH

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO

Təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Gül ətirli, çiçək nəfəsli... - FOTOREPORTAJ

Avropa İttifaqı: Enerji mənbələrinin şaxələndirilməsini prioritet hesab edirik