Cəbrayılda uşaqların bayram sevinci
Cəbrayıl, 1 iyun, AZƏRTAC
İşğaldan azad olunmuş Cəbrayıl şəhərində fəaliyyət göstərən Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Bayram proqramı çərçivəsində şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, müxtəlif şeir və musiqi nömrələri təqdim olunub.
Müxbir-Aydın Yavərzadə