Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam
Paris, 1 iyun, AZƏRTAC
Fransanın keçmiş Baş naziri Dominik dö Vilpən dünyada baş verən geosiyasi böhranlar fonunda yenidən siyasi gündəmə gəlib.
AZƏRTAC Franceinfo televiziya kanalına istinadla xəbər verir ki, o, jurnalistin “Yeliseyə doğru yoldasınızmı?” sualına “Bəli, dediyiniz kimidir, artıq yoldayam”, - deyə cavab verib.
Sabiq Baş nazir istintaq altında olduğunu da təsdiqləyib. Dominik dö Vilpən deyib ki, istintaq onun 2002–2004-cü illərdə xarici işlər naziri olduğu dövrdə hədiyyə heykəlciklərlə bağlı dövlət vəsaitlərinin mənimsənilməsi və gizlədilməsi şübhələri ilə əlaqədardır.
Qeyd edək ki, son illərdə mediada tez-tez görünən və xüsusilə sol siyasi dairələrdə maraqla qarşılanan keçmiş Baş nazir
indiyədək seçki kampaniyasını daha ehtiyatlı aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [15:55]
İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb
- 29.10.2026 [15:39]
Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər
- 29.10.2026 [15:31]
SEPAH: Hörmüz boğazında üç neft tankeri minaya düşüb
- 29.10.2026 [15:28]
Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub
- 29.10.2026 [15:27]