Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb
Bakı, 1 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən indiyədək qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 884 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.
Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 964 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [16:37]
Ən çox allergiya yaradan qidalar hansılardır?
- 01.06.2026 [16:35]
Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir
- 01.06.2026 [16:16]
“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub
- 01.06.2026 [15:56]