Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik
Bakı, 1 iyun, AZƏRTAC
Enerji təchizatı marşrutlarının şaxələndirilməsi məqsədilə Azərbaycanla əməkdaşlıq edirik.
AZƏRTAC xəbər verir ki, bunu “Baku Energy Forum”un “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı Albaniyanın infrastruktur və energetika nazirinin müavini Erlind Sulo deyib.
O ölkəsinin enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsinə böyük önəm verdiyini bildirib: “Biz bu istiqamətdə Azərbaycan və ABŞ ilə əməkdaşlıq edirik. Bütün bunlar Avropa İttifaqının razılığı ilə həyata keçirilir”.
Qeyd edək ki, Albaniyanın Korça şəhərinin qazlaşdırma layihəsi - Nur layihəsi Azərbaycanın investisiyaları hesabına SOCAR tərəfindən həyata keçirilir. Layihənin 2026-cı ilin sonunadək reallaşması gözlənilir.
Eyni zamanda, COP29 çərçivəsində SOCAR ilə Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında anlaşma memorandumunun imzalanmasından sonra “SOCAR Gas Albania” ofisi fəaliyyətə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir
- 06.10.2026 [11:09]
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]