Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur
Bakı, 1 iyun, AZƏRTAC
İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında müxtəlif idman federasiyaları tərəfindən İçərişəhərdə (Şirvanşahlar sarayı yaxınlığında) uşaqlar üçün təşkil olunan şou-proqram barədə danışarkən deyib.
O, uşaqların bu tədbirdə yaxşı əyləndiklərini bildirib: “Güləşlə məşğul olan uşaqların sayı getdikcə artır. AGF olaraq bizim üçün də bu idman növünün uşaqlar arasında populyarlaşması kifayət qədər əhəmiyyətli bir məqamdır. Bu gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhərimizin mərkəzində, İçərişəhərdə belə bir yarışın keçirilməsi həm güləşin populyarlaşması, həm də bu idman növünə yeni başlayan uşaqların sayının artımına təsir baxımından çox mühüm əhəmiyyət daşıyır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]