Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır
Bakı, 1 iyun, AZƏRTAC
Uşaqlar üçün təşkil edilən tədbirlər onların sosiallaşmasını təşviq edir, ünsiyyət bacarıqlarını inkişaf etdirir və özünəinam hissi yaradır.
Bakıdakı 3 nömrəli Uşaq Evinin direktoru Günay Manafova bu barədə AZƏRTAC-ın müxbirinə “Sea Breeze” ərazisindəki “Event Hall”da Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu qəbildən olan təşəbbüslər uşaqların hərtərəfli inkişafına müsbət təsir göstərir, onların daha xoşbəxt böyüməsi, potensiallarını kəşf etməsi və gələcəkdə cəmiyyətin layiqli üzvləri olması üçün şərait yaradır.
G. Manafova vurğulayıb ki, uşaqların müxtəlif sosial və mədəni proqramlarda iştirakı aqressivliyin azalmasına, özünüifadə bacarıqlarının inkişafına və özünəinamın artmasına kömək edir.
“Uşaqlar özünümüdafiə və özünüifadə bacarıqlarını inkişaf etdirirlər. Onlar, həmçinin komandada işləməyi, bir-biri ilə ünsiyyət qurmağı və özlərini cəmiyyətin bir hissəsi kimi hiss etməyi öyrənirlər”, - deyə sosial müəssisənin direktoru bildirib.
O əlavə edib ki, tədbirdə valideyn himayəsindən məhrum uşaqlar, yetimlər, şəhid ailələrindən və aztəminatlı ailələrdən olan azyaşlılar iştirak ediblər. G. Manafova qeyd edib ki, hər bir uşağın təbəssümü cəmiyyət üçün mühüm dəyərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb
- 06.10.2026 [10:57]
AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də
- 06.10.2026 [10:52]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
- 06.10.2026 [10:04]
Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib
- 06.10.2026 [09:23]
BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir
- 06.10.2026 [08:22]
Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]