Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib
Bakı, 1 iyun, AZƏRTAC
Avropa İttifaqının SAFE proqramı çərçivəsində 155 millimetrlik artilleriya mərmilərinin istehsalı üçün Polşanın müdafiə şirkətlərinə 13,5 milyard zlotı (təxminən 3,7 milyard dollar) ödənilib.
AZƏRTAC xəbər verir ki, Defence24 portalı bu barədə Polşa Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
“Bu, müasir döyüş meydanında vacib olan 155 millimetrlik sursat istehsalı üçün müstəqil imkanların yaradılmasında növbəti addımdır”, - deyə portal Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışdan iqtibas gətirib. Məlumata görə, 155 millimetrlik mərmilər PGZ (Polska Grupa Zbrojeniowa) müdafiə konserninin tərkibinə daxil olan beş müəssisədə istehsal olunacaq.
Ümumilikdə isə SAFE proqramı çərçivəsində Polşaya 43,7 milyard avro ödənilməsi gözlənilir. Həmin vəsaitin 89 faizinin Polşa müdafiə şirkətlərinə veriləcəyi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [16:18]
Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib
- 01.06.2026 [15:52]
Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var
- 01.06.2026 [15:19]
ABŞ-də mənzil problemi kəskin hal alır
- 01.06.2026 [14:29]
Kaya Kallas: Aİ ABŞ-İran münaqişəsinin həllinə töhfə verməyə hazırdır
- 01.06.2026 [14:25]
Petr Pavel: Çex kronu inkişafımıza mane olarsa, ondan imtina edilməlidir
- 01.06.2026 [14:11]