Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Bakı, 30 may, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə diqqət çəkən əsas istiqamətlərdən biri kənd təsərrüfatı məhsullarının ixrac imkanları, ənənəvi və yeni bazarlar məsələsi oldu. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, aqrar sektorun qarşıdakı inkişaf mərhələsində əsas hədəflərdən biri yalnız istehsal həcmlərinin artırılması deyil, həm də istehsal olunan məhsulların daha rəqabətli formada xarici bazarlara çıxarılmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov deyib.

O bildirib ki, Azərbaycan artıq bir sıra kənd təsərrüfatı məhsulları üzrə xarici bazarlarda tanınan və rəqabət aparan ölkələr sırasındadır: “2025-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı 1 milyard 108,9 milyon ABŞ dolları təşkil edib və əvvəlki illə müqayisədə 18,5 faiz artıb. Bu göstərici aqrar sektorun qeyri-neft ixracında rolunun yüksəldiyini, kənd təsərrüfatı məhsullarının xarici bazarlarda tələbatının artdığını göstərir. Eyni zamanda, Dövlət Proqramında ixracla bağlı müəyyən edilmiş əsas hədəf indikatoru bu istiqamətin strateji əhəmiyyətini daha aydın göstərir. Belə ki, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac həcminin 2025-ci ildəki 1,5 milyard ABŞ dolları baza səviyyəsindən 2030-cu ilədək ildə orta hesabla 6 faiz artırılması hədəflənir. Bu, aqrar sektorun qarşıdakı dövrdə yalnız daxili ərzaq təminatına xidmət edən sahə kimi deyil, həm də qeyri-neft ixracının əsas dayaqlarından biri kimi inkişaf etdirilməsini nəzərdə tutur. Bu hədəf aqrar ixrac siyasətində keyfiyyətcə yeni mərhələ deməkdir. Çünki ildə orta hesabla 6 faiz səviyyəsində ixrac yalnız istehsal həcmlərinin artırılması hesabına mümkün deyil. Bunun üçün məhsuldarlığın yüksəldilməsi, emal olunmuş məhsulların payının artırılması, soyuducu anbar və logistika infrastrukturunun genişləndirilməsi, beynəlxalq sertifikatlaşdırma tələblərinə uyğunlaşma, brendləşmə və yeni bazarlara çıxış eyni vaxtda təmin olunmalıdır".

Ə.Dadaşov ixrac strukturuna nəzər saldıqda pomidor, fındıq ləpəsi, mahlıc, xurma və alma kimi məhsulların ön sıralarda olmasının diqqət çəkdiyini qeyd edib. Bildirib ki, bu Azərbaycanın tərəvəzçilik, bağçılıq və pambıqçılıq üzrə müəyyən ixtisaslaşmış ixrac üstünlüklərinə malik olduğunu göstərir: "Bununla yanaşı, qarşıdakı mərhələdə əsas məsələ yalnız ixrac həcmini artırmaq deyil, ixracın strukturunu da yaxşılaşdırmaqdır. Daha çox xammal deyil, daha çox emal olunmuş, qablaşdırılmış, sertifikatlaşdırılmış və brendləşdirilmiş məhsul ixracı prioritetə çevrilməlidir. Müşavirədə də vurğulandığı kimi, ənənəvi bazarlar məsələsinə daha strateji yanaşmaq lazımdır. Azərbaycan kənd təsərrüfatı məhsullarının müəyyən hissəsini uzun illərdir formalaşmış bazarlara ixrac edir. Lakin qlobal ərzaq təhlükəsizliyi gündəliyinin dəyişməsi, bir çox ölkələrin daxili istehsalı artırmağa çalışması, logistika və ticarət zəncirlərində risklərin artması ənənəvi bazarlara yanaşmada da daha çevik siyasəti zəruri edir. Hər bir ixrac məhsulu üzrə ənənəvi bazarlarda tələbin nə qədər davamlı olacağı, həmin bazarlarda rəqabət mühiti, qiymət dəyişkənliyi və alternativ satış imkanları ayrıca təhlil edilməlidir.

Yeni bazarlara çıxış isə keyfiyyət, standartlaşma və sertifikatlaşdırma tələblərini daha da aktuallaşdırır. Qlobal bazarlarda məhsulun qəbul edilməsi yalnız qiymətlə bağlı deyil. Qida təhlükəsizliyi, məhsulun mənşəyi, qablaşdırma, sertifikatlar, davamlı təchizat və brend imici ixracın əsas şərtlərinə çevrilib. Bu baxımdan “Made in Azerbaijan” brendinin aqrar məhsullar üzrə daha sistemli təşviqi mühüm əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, aqrar ixracın güclənməsi üçün emal sənayesinin inkişafı da vacibdir: "Müşavirədə pambıqçılıq nümunəsində qeyd olunduğu kimi, məqsəd yalnız pambıq və mahlıc ixrac etmək deyil, iplik, parça və hazır məhsul istehsalını genişləndirməkdir. Bu yanaşma təkcə pambıqçılıq üçün deyil, bütövlükdə aqrar sektor üçün keçərlidir. Meyvə-tərəvəz, süd, ət, üzümçülük, fındıqçılıq və balıqçılıq məhsulları üzrə də xammaldan emala keçid ixrac gəlirlərinin artırılması üçün əsas mənbələrdən biridir.

Burada əsas iqtisadi məntiq ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulu xammal kimi ixrac edildikdə yaradılan gəlir məhdud olur. Lakin həmin məhsul emal edildikdə, çeşidləndikdə, qablaşdırıldıqda və brend məhsul kimi xarici bazara çıxarıldıqda həm əlavə dəyər artır, həm də ixrac gəlirlərinin dayanıqlılığı yüksəlir. Bu baxımdan aqrar-emal sənayesinin inkişafı ixrac strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

Soyuducu anbar və logistika infrastrukturu ixrac potensialının genişləndirilməsi üçün əsas şərtlərdən biridir. Son illərdə Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarların yaradılması məhsul itkilərinin azaldılması və bazara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayıb. Bu tutumun 500 min tona çatdırılması hədəfi xüsusilə meyvə-tərəvəz, bostan məhsulları və ixracyönümlü məhsullar üçün böyük əhəmiyyət daşıyır. Çünki məhsulu saxlamaq, çeşidləmək, qablaşdırmaq və bazara uyğun vaxtda çıxarmaq fermerin gəlirinə və ixracın sabitliyinə birbaşa təsir edir.

Hesab edirik ki, aqrar ixracın yeni mərhələsində üç əsas istiqamət ön plana çıxır: bazarların diversifikasiyası, məhsulun əlavə dəyərinin artırılması və logistika imkanlarının gücləndirilməsi. Ənənəvi bazarlarda mövqelərin qorunması vacibdir, lakin bununla yanaşı, yeni bazarların araşdırılması, ixrac coğrafiyasının genişləndirilməsi və məhsul çeşidinin artırılması da əsas prioritet olmalıdır".

Ə.Dadaşov qeyd edib ki, xarici bazarlara çıxışda fermerlərin və aqrobiznes subyektlərinin məlumatlılığı da mühüm rol oynayır: "Müasir bazar yalnız məhsul tələb etmir, standart tələb edir. Ona görə fermerin məhsulu ixrac tələblərinə uyğun yetişdirməsi, sertifikatlaşdırma qaydalarını bilməsi, qablaşdırma və keyfiyyət standartlarına riayət etməsi ixrac potensialının reallaşması üçün vacibdir. Bu baxımdan informasiya-məsləhət xidmətləri ixracyönümlü kənd təsərrüfatının əsas alətlərindən birinə çevrilməlidir.

İxracın artırılması təkcə kənd təsərrüfatı istehsalçılarının deyil, həm də emal müəssisələrinin, logistika şirkətlərinin, ixracatçıların, sertifikatlaşdırma qurumlarının və dövlət dəstəyi mexanizmlərinin koordinasiyalı fəaliyyətini tələb edir. Əgər aqrar məhsul xammal kimi deyil, emal olunmuş, qablaşdırılmış, standartlara uyğun və brend məhsul kimi ixrac edilərsə, həm ixrac gəlirləri artar, həm də “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda mövqeyi güclənər. Nəticə etibarilə, müşavirədə ixracla bağlı səsləndirilən istiqamətlər aqrar sektorun yeni inkişaf fəlsəfəsini ortaya qoyur. Əsas hədəf yalnız daha çox məhsul ixrac etmək deyil, daha rəqabətli, daha yüksək əlavə dəyərli və daha dayanıqlı ixrac modeli formalaşdırmaqdır. Bunun üçün istehsal, emal, logistika, sertifikatlaşdırma, brendləşmə və yeni bazarlara çıxış vahid siyasət zənciri kimi qurulmalıdır.

Dövlət Proqramında kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının 6 milyard ABŞ dollarına çatdırılması hədəfi aqrar sektorun qeyri-neft ixracında rolunun əhəmiyyətli dərəcədə artacağını göstərir".

Müxbir- Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib