49 YAŞLI QADIN “MOSKVİÇ”İN QURBANI OLDU
Baş Dövlət Yol Polisi İdarəsindən müxbirimizə bildirmişlər ki, iyulun 3-də Qusardakı, Tofiq İsmayılov küçəsində rayon sakini, 32 yaşlı ikinci qrup əlili İmam Nağdəliyev idarə etdiyi “Moskviç-412” markalı avtomobillə piyada Arifə İlyasovanı vurmuşdur. Bu ağır yol qəzası nəticəsində 49 yaşlı qadın rayon mərkəzi xəstəxanasına aparılarkən yolda keçinmişdir. Hadisəyə səbəb qarşıdan gələn maşın işığının sürücünün gözlərinə düşməsi olmuşdur. Faktla bağlı təhqiqat aparılır.