Azərbaycanın idmançıları kunq-fu sanda döyüş növü üzrə Avrasiya çempionatında uğurla çıxış etmişlər VİDEO
Bakı, 12 mart (AZƏRTAC). Tbilisidə kunq-fu sanda döyüş növü üzrə Avrasiya çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda Gürcüstan, İran, İraq, Türkiyə, Türkmənistan və digər ölkələrlə ilə yanaşı, Azərbaycan idmançıları da mübarizə aparmışlar.
“Neftçi” idman klubunun baş məşqçisi Zahid Vəliyevin rəhbərliyi altında idmançılarımız yüksək nəticələr əldə etmişlər. İdmançılarımız arasında Rafət Əsədov (90 kq-dan yuxarı çəki dərəcəsində) Gürcüstan idmançısı, dörd qat dünya çempionu Şota Bendalidze ilə finalda yarışaraq birinci yeri tutmuşdur. Həmin çəki dərəcəsində təmsilçimiz Ruslan Nəzərov isə ikinci yerə layiq görülmüşdür.
Aşağı çəki dərəcəsində Samir Salmanov və İlkin Qurbanov birinci, Ruzi Vəliyev isə ikinci yerləri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [21:09]
"Səbail"in yeni rəhbəri bəlli olub
- 17.06.2026 [21:05]
“Qarabağ” mozambikli müdafiəçini transfer edib
- 17.06.2026 [18:27]
“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb
- 17.06.2026 [15:42]
"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb
- 17.06.2026 [15:28]
Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var
- 17.06.2026 [15:10]