Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Çempionlar Liqası yarışlarının “Dördlər finalı”nın oyunları gərgin idman mübarizəsi şəraitində keçəcəkdir [YENİLƏNİB] VİDEO

Bakıda Çempionlar Liqası yarışlarının “Dördlər finalı”nın oyunları gərgin idman mübarizəsi şəraitində keçəcəkdir [YENİLƏNİB] VİDEO

Bakı, 14 mart (AZƏRTAC, Səxavət Quliyev). Martın 14-də “Park İNN” mehmanxanasında Bakıda qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının “Dördlər finalı”nın başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “Dördlər finalı”nda Bakının “Rabitə”, Türkiyənin “Vakıfbank” və “Eczaçıbaşı”, Rusiyanın “Dinamo” (Kazan) komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Mərasimdə çıxış edən Avropa Voleybol Konfederasiyasının mətbuat üzrə nümayəndəsi Nikolay Markov turnirə hazırlığın yüksək səviyyədə təşkil olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, iştirakçı komandaların bu mötəbər yarışa vəsiqə qazanmaları onların gücündən xəbər verir. “Dördlər finalı”nda ilk oyun martın 15-də “Vakıfbank” komandası ilə “Eczaçıbaşı” arasında keçiriləcəkdir. Növbəti oyunda isə “Rabitə” kollektivi “Dinamo”nu qəbul edəcəkdir.

Ölkəmizin “Dördlər finalı”na yüksək səviyyədə ev sahibliyi edəcəyini diqqətə çatdıran natiq oyunların gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini bildirmişdir.

Türkiyənin “Vakıfbank” komandasının baş məşqçisi Ciovanni Qudetti yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, hazırda əsas diqqəti ilk oyuna yönəltmişik. Rəqibimiz bizə çox tanışdır. Əsas hədəfimiz ilk oyunda qələbə qazanmaqdır. Finalda kiminlə qarşılaşacağımız bizim üçün o qədər də önəmli deyildir. Məqsədimiz “Eczaçıbaşı” komandasını məğlub edərək həlledici mərhələyə yüksəlməkdir. Bakıya 14 oyunçu ilə gəlmişik və heyətdə zədəli voleybolçu yoxdur.

Komandanın kapitanı Gözde Sonsırma Bakıya yüksək əhval-ruhiyyə ilə gəldiklərini vurğulamışdır. Bildirmişdir ki, paytaxtınızda bizi sevənlər çoxdur. Ümid edirəm ki, azarkeşlərimiz burada bizi dəstəkləyəcəklər. Çox istərdik ki, ötən ilki uğurumuzu təkrarlayaq.

Heyətdə ciddi dəyişikliyin olmadığını diqqətə çatdıran kapitan hədəflərinin kuboku qazanmaq olduğunu demişdir. Bildirmişdir ki, rəqiblə ölkə çempionatında dəfələrlə qarşılaşmışıq. Hər iki komanda da rəqibinin oyununa bəllidir. Martın 15-də keçiriləcək ilk oyunda inamlı mübarizə aparan komanda finala vəsiqə qazanacaqdır. İstərdim ki, bu komanda məhz “Vakıfbank” olsun.

“Eczaçıbaşı” kollektivinin baş məşqçisi Lorenzo Miçelli dörd ildir komandaya rəhbərlik etdiyini və ölkəmizə böyük həyəcanla gəldiklərini bildirmişdir. Qeyd etmişdir ki, rəqibin potensialına bələdik. Bizi çox gərgin matç gözləyir. Ancaq biz də kuboka iddialı komandayıq. Qrup mərhələsi və pley-off-da çətin oyunlarda qələbə qazanaraq “Dördlər finalı”na yüksəlmişik. Bu da bizim asan rəqib olmadığımıza sübutdur.

Bir müddət əvvəl Avropada İtaliya voleybolunun hökmran olduğunu diqqətə çatdıran L.Miçelli ardıcıl olaraq 31 il bu ölkənin təmsilçilərinin “Dördlər finalı”na vəsiqə qazandıqlarını qeyd etmişdir. Bildirmişdir ki, cari ildə bu mötəbər yarışda İtaliya komandası yoxdur. Artıq Avropada yeni voleybol ölkələri formalaşır. Bunlar Azərbaycan, Türkiyə və digərləridir.

Komandanın kapitanı Esra Gümüş Kırıcı Bakıda olmağından məmnunluğunu ifadə etmiş və final mərhələsində mübarizə aparmalarından məmnun olduğunu qeyd etmişdir. Demişdir ki, “Vakıfbank”a qarşı bizi çətin oyun gözləyir. Rəqibimiz ötən mövsümün qalibidir. Heyətdə güclü voleybolçular yer almışdır.

Rusiyanın “Dinamo” (Kazan) komandasının baş məşqçisi Rişat Qilyazutdinov əsas məqsədlərinin qalib gəlmək olduğunu bildirmişdir. Vurğulamışdır ki, ilk oyunumuz çətin olacaqdır. Ev sahibinə qarşı oyunda güclü azarkeş təzyiqinin olacağını bilirik. Amma buna hazırıq.

Komandanın kapitanı Mariya Borodakova Bakının gündən-günə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, yarışın “Baku Crystal Hall”da keçirilməsi möhtəşəmdir. Bilirəm ki, “Eurovision-2012” mahnı müsabiqəsi məhz bu arenada keçirilmişdir. Bu gün bu möhtəşəm arenada ilk məşqimizə çıxacağıq. İnanıram ki, hər şey yaxşı olacaqdır.

Bakının “Rabitə” komandasının baş məşqçisi Eldar Yusubov demişdir: “Qarşıdakı günlərdə Bakıda voleybol bayramı olacaqdır. Hər dörd komanda Avropanın güclüsü və iddialıdır. Oyunlar gərgin idman mübarizəsi şəraitində keçəcəkdir. Çox istərdim ki, kubok Azərbaycanda qalsın. Martın 15-də qalib gələn komandalar finala çıxacaqlar. Həlledici matçdakı rəqibin fərqi yoxdur”.

“Rabitə”nin kapitanı Sanya Staroviç bildirmişdir ki, yarışa yaxşı hazırlaşmışıq. Doğma meydanda oynadığımız məsuliyyətimizi iki qat artırır. Lakin inanıram ki, kuboku qazanıb azarkeşlərimizə və Azərbaycan xalqına hədiyyə edəcəyik.

 

x x x

13:02

Rusiyanın “Dinamo” (Kazan) komandasının baş məşqçisi Rişat Qilyazutdinov əsas məqsədlərinin qalib gəlmək olduğunu bildirmişdir. Vurğulamışdır ki, ilk oyunumuz çətin olacaqdır. Ev sahibi komandaya qarşı oyunda güclü azarkeş təzyiqinin olacağını bilirik. Amma buna hazırıq.

Komandanın kapitanı Mariya Borodakova Bakının gündən-günə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, yarışın “Baku Crystal Hall”da keçirilməsi möhtəşəmdir. Bilirəm ki, “Eurovision-2012” mahnı müsabiqəsi məhz bu arenada keçirilmişdir. Bu gün bu möhtəşəm arenada ilk məşqimizə çıxacağıq. İnanıram ki, hər şey yaxşı olacaqdır.

 

X X X

12:55

Türkiyənin “Vakıfbank” komandasının baş məşqçisi Ciovanni Qudetti yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, hazırda fikrimiz ilk oyundadır. Rəqibimiz bizə çox tanışdır. Əsas hədəfimiz ilk oyunda qələbə qazanmaqdır.

Komandanın kapitanı Gözde Sonsırma Bakıya yüksək əhval-ruhiyyə ilə gəldiklərini vurğulamışdır. Bildirmişdir ki, paytaxtınızda bizi sevənlər çoxdur. Ümid edirəm ki, azarkeşlərimiz burada bizi dəstəkləyəcəklər. Çox istərdik ki, ötən ilki uğurumuzu təkrarlayaq.

 

X X X

 

12:36

Martın 14-də Bakıda qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının “Dördlər finalı”na həsr olunmuş mətbuat konfransı başlamışdır.

AZƏRTAC xəbər verir ki, “Dördlər finalı”nda Bakının “Rabitə”, Türkiyənin “Vakıfbank” və “Eczaşıbaşı”, Rusiyanın “Dinamo” (Kazan) komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Mərasimdə çıxış edən Avropa Voleybol Konfederasiyasının mətbuat üzrə nümayəndəsi Nikolay Markov turnirə hazırlığın yüksək səviyyədə təşkil olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, komandaların bu mötəbər yarışa vəsiqə qazanması onların gücündən xəbər verir. “Dördlər finalı”nda ilk oyun martın 15-də “Vakıfbank” komandası ilə “Eczaçıbaşı” arasında keçiriləcəkdir. Növbəti oyunda isə “Rabitə” kollektivi “Dinamo”nu qəbul edəcəkdir.

Ölkəmizin “Dördlər finalı”na yüksək səviyyədə ev sahibliyi edəcəyini diqqətə çatdıran natiq oyunların gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə etmişdir.

Bakıda Çempionlar Liqası yarışlarının “Dördlər finalı”nın oyunları gərgin idman mübarizəsi şəraitində keçəcəkdir [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub