“60 saniyəyə qaçırmalı” filmindəki avtomobil Praqada sərgiyə qoyulub
Praqa, 20 may, AZƏRTAC
Praqadakı Vıstavişte (çex dilindən tərcümədə “sərgi” deməkdir) mərkəzində keçirilən sərgidə minə yaxın raritet avtomobil nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, avtomobil həvəskarları üçün əsl bayram olan bu sərgi “Legendı-2019” adlanır. Bu ad tədbirin mahiyyətinə həqiqətən uyğun gəlir, çünki sərgidə nümayiş etdirilən eksponatlar arasında “Bugatti Chiron”, “Pagani”, “McLaren”, “Porsche”, “Ferrari” və “Aston Martin” kimi maraqlı avtomobilləri görmək olar.
“60 saniyəyə qaçırmalı” filminin qəhrəmanı Nikolas Keycin öz sifarişçiləri üçün qaçırdığı “Ford Mustang “Eleonor” avtomobili isə sərgiyə gələnlərin xüsusi marağına səbəb olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [13:41]
Pakistanın Baş naziri Çinə səfər edəcək
- 21.05.2026 [13:12]
Fransada qırıcı evin damını uçurdu, təmir xərclərini ev sahibi ödəməli oldu
- 21.05.2026 [12:22]