“Təmiz Binəqədi” layihəsinə ölkənin digər rayon və şəhərləri də qoşulub VİDEO
Bakı, 11 avqust (AZƏRTAC, Samirə Allahverdiyeva). Xəbər verdiyimiz kimi, “Bakı 2015” I Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi ilk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən layihəyə artıq ölkənin digər rayon və şəhərləri də qoşulub.
Rayon icra başçısının birinci müavini İlqar Süleymanov I Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən sərəncam da imzalanıb. Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin davamlı olaraq mərhələlərlə həyata keçirilməsi üçün komissiya da yaradılıb. Artıq komissiya öz işinə başlayıb və müvafiq iş planı tərtib olunub.
İ.Süleymanov onu da diqqətə çatdırıb ki, layihə çərçivəsində əhali arasında I Avropa Oyunları ilə bağlı maarifləndirmə və tədbirin populyarlaşmasına xidmət edəcək bir çox maraqlı aksiyaların, müsabiqələrin təşkili də planlaşdırılır.
İcra başçısının birinci müavini bildirdi ki, “Bakı 2015” I Avropa Oyunları ərəfəsində həyata keçirilən “Təmiz Binəqədi” layihəsi sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq davam etdirilmək məqsədi ilə keçirilir.