Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yunus Əmrənin dəfn olunduğu ehtimal edilən məzarlıqlardan biri də Qax rayonu ərazisindədir VİDEO

Qax, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Sufi şeirinin görkəmli nümayəndəsi Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir. Tarixi mənbələrdə XIII-XIV əsrlərdə yaşayan və övliyalıq məqamına yüksələrək həyatı əfsanələşən böyük türk şairinin təkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı olduğu göstərilir. Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığı da məhz belə ziyarət yerlərindəndir.

AZƏRTAC-ın müxbiri Yunus Əmrənin dəfn edildiyi ehtimal olunan oğuz qəbiristanlığında olub, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi ilə müsahibəsində türk-oğuz şairinin və onun mürşidi Hacı Tapdığın həyatı ilə bağlı maraqlı məlumatlar əldə edib.

Kəndin girəcəyində səfalı bir guşədə, meşənin içərisində yerləşən oğuz qəbiristanlığının ərazisi 5 hektardır. Qəbiristanlıqda ilk orta əsrlər dövründən dəfn aparılıb. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın da məhz bu qəbiristanlıqda dəfn edildikləri ehtimal olunur. Araşdırıcıların bildirdiyinə görə, 1238-ci ildə Anadoluda doğulan Yunus Əmrə 1320-ci ildə 82 yaşında vəfat edib. Xalq ozanı olan Yunus Əmrə sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşmalarda, gəraylılarda, ilahilərdə, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə edib, şeri yüksək bədii səviyyəyə qaldırıb. Onun yaradıcılığı özündən sonra yaranan türk, Azərbaycan və türkmən ədəbiyyatlarına güclü təsir göstərib. Ömrünün böyük bir hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədi ilə dərvişlik edərək dünyanı gəzib-dolaşıb, mənəvi rahatlığını Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən olan Hacı Tapdığa müridlik etməklə tapıb.

Ehtimal edilir ki, onların hər ikisinin məzarı oğuz qəbiristanlığındadır. Yerdən bir metr hündürlüyündə çay daşından tikilən, hörgü ilə əhatələnən hər iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarlar sonradan müridlər tərəfindən abadlaşdırılıb.

Mahir Əfəndinin sözlərinə görə, qəbirlərin üstündə olan kitabələrdən biri sonralar naməlum şəraitdə yoxa çıxıb. 1980-ci ildə epiqrafik abidələri tədqiq edən tarix elmləri doktoru Məşədixanım Nemət tərəfindən yazılı başdaşıların surəti çıxarıldığından bu gün həmin məzarlarda dəfn olunanların kimliyi məlumdur. Kitabələrdən birinin məzmunundan aydın olur ki, şeyx Yunus Əmrənin məzarının üstü təxminən 1400-cü ildə inşa edilib. Qəbrin ərəb dilində yazılan, sonralar itən kitabəsində deyilir: “Biz torpaqdan günahsız yaranmışıq, torpağa isə günahkar qayıdırıq”. Kitabədə qəbir üstünün hicri tarixi ilə 821-ci ildə (miladi tarixi ilə 1400-cü il) inşa edildiyi qeyd olunub. Hacı Tapdığın qəbri üzərindəki başdaşıda isə rəhmli və mərhəmətli Tanrıya salam və ehtiram ifadə olunub.

El arasında Yunus baba, bəzən də Tapdıq baba adı ilə tanınan bu ziyarətgah barədə müxtəlif rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Tapdıq baba yaxşı əməlləri ilə el arasında böyük şöhrət tapmış müqəddəs şəxslərdən olub. Onun ətrafına cəm olan adamlar hədsiz sədaqətləri ilə Tapdıq babanın gözündə ucalmaq istəyirdilər. Lakin heç kim Yunus babaya tay ola bilməyib. Çətin şəraitdə Şeyx Tapdığın evinə odun daşımaqdan Yunusun çiyinləri və kürəyi qançır olub. Lakin o, heç vaxt səsini çıxarmayıb, şeyxin qulluğunda durmaqdan aldığı həzz çəkdiyi əziyyəti üstələyib. Şeyx Tapdıq bir təsadüf nəticəsində Yunus Əmrənin qançır olmuş bədənini görüb və son dərəcə mütəəssir olub. O, vəsiyyət edib ki, hörmət əlaməti olaraq Yunusu özünün qəbrinin baş tərəfində dəfn etsinlər. Şeyxin vəsiyyəti yerinə yetirilib. Yunus Tapdıq babadan bir qədər hündürdə, həm də onun baş tərəfində dəfn edilib.

Müsahibimizin dediyinə görə, Yunus Əmrənin Türkiyədə ehtimal olunan məzarlarının, ziyarət yerlərinin sayı 10-a çatsa da, bu məzarlıqların hamısında şairə məxsus qəbirlər təkdir. Yəni, rəvayətlərdə göstərildiyi kimi, onun qəbrinin yanında mürşidi Hacı Tapdığın qəbri yoxdur. Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığı isə yeganə ziyarətgahdır ki, burada Yunus Əmrə və Hacı Tapdıq yanaşı dəfn olunublar. Bu fakt böyük türk şairinin məhz bu qəbiristanlıqda dəfn olunması ehtimalını artırır.

Yunus Əmrə mürşidi Şeyx Tapdığı həmişə öz şeirlərində tərənnüm edib, ona hədsiz etiqad və ilahi məhəbbətini bildirib. Onun şeirlərinin birində deyilir:

Yenə əsriydi Yunis Tapdıq yüzün görəldən,

Məgər onun könlündən bir cürə şərbət içdi.

Baqdığım yüzdə gördüm Tapdığımın nurini,

Maqsudum bu gün buldum nedərəm mən yarını.

Anadolu türkcəsində yazan Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonu əhalisinin dil xüsusiyyətləri ilə eynilik təşkil edir. Şairin ədəbi və ictimai fəaliyyəti ilə əlaqədar mərkəzlərdən birinin XIII-XIV əsrlərdə Oncallı kəndində meydana gəlməsi, müqəddəs məkan kimi bu gün də yad edilməsi bir daha Azərbaycan türkləri ilə Anadolu türklərinin eyni mədəniyyətli qardaş xalq olduğunu sübut edir. Yunus Əmrənin və Hacı Tapdığın məzarları bu gün də yerli əhali tərəfindən müqəddəs bir məkan kimi qorunur və ziyarət edilir. Qəbiristanlığı ziyarət edənlərin özləri ilə gətirdikləri ağac qırıntıları şeyx Yunusun mürşidi Tapdığın evinin sobasını yandırmaq üçün odun-çırpı daşımasına bir işarədir. Ziyarətgahda illərlə yığılmış ağac qırıntıları bu gün də diqqəti çəkir.

Mahir Əfəndi deyir ki, Yunus Əmrəyə aid olduğu söylənən məzarların birindən başqa qalan hamısı “məqam”dır. Yəni, vücudu orada deyilsə belə, onun adına qurulan məzar və ya türbədir. Yunus Əmrə bütün türk dünyasına mənsubdur və əsl uyuduğu yer türk millətinin qəlbidir. Məzarının yerləşdiyi məkan dəqiq bilinməyən böyük türk şairini hər kənd, hər şəhər özününkü sayaraq, ona öz sinəsində bir məzarlıq, ziyarətgah hazırlayıb.

Qeyd edək ki, 2010-cu ilin avqustunda Türkiyə Respublikasının keçmiş Prezidenti Abdulla Gül, 2011-ci ilin oktyabrında Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez, həmçinin müxtəlif illərdə türk alimləri, elm adamları Azərbaycana səfərləri çərçivəsində oğuz qəbiristanlığında olub, şeyx Yunusun və Hacı Tapdığın məzarlarını ziyarət ediblər.

Yunus Əmrənin dəfn olunduğu ehtimal edilən məzarlıqlardan biri də Qax rayonu ərazisindədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir