MƏDƏNİYYƏT


Bakıda əlil arabasında idman rəqsi üzrə beynəlxalq rəqs festivalı keçirilib VİDEO

Bakı, 25 iyun, Flora Şükürova, AZƏRTAC

İyunun 25-də Bakı bulvarında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş əlil arabasında idman rəqsi üzrə beynəlxalq rəqs festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival Paralimpiya himninin səsləndirilməsi ilə açıq elan olunub.

Sonra festivalın aparıcıları tərəfindən Azərbaycanda idmana göstərilən dövlət qayğısından, paralimpiyaçılarımızın uğurlarından, ölkəmizdə paraolimpiya hərəkatının inkişafından söz açılıb. Dünyada ilk uşaq paralimpiya hərəkatının Azərbaycanda yaradılması və cəmiyyətə inteqrasiyasında idmanın imkanlarından istifadənin nəhəng addım olduğu xüsusi vurğulanıb.

Festivalda Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycandan olmaqla 19 idmançı-rəqqas iştirak edib.

Səhnədə biri-birindən maraqlı rəqs nümayiş etdirən paralimpiyaçılar alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.