AZAL marşrut şəbəkəsinə Mahaçqala şəhərini əlavə edir
Bakı, 3 mart, AZƏRTAC
“AZAL” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti mart ayından etibarən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Aviaşirkətin Bakı-Mahaçqala-Bakı marşrutu üzrə ilk reysi martın 15-də həyata keçiriləcək. “Buta Airways” aviaşirkəti bu istiqamətdə həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək.
Mahaçqala Xəzər dənizinin sahilində yerləşən, mədəni və tarixi əhəmiyyəti ilə səyahətçiləri cəlb edən bir şəhərdir.
“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Nigeriyada 17 polis öldürülüb
- [12:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bakıda iki qardaş ölkənin dostluq gecəsi
- 16.05.2026 [23:30]
Nigeriyanın şimal-şərqində 42 məktəbli silahlılar tərəfindən qaçırılıb
- 16.05.2026 [23:25]
İraqın Hörmüz boğazı vasitəsilə neft ixracı aprel ayında kəskin azalıb
- 16.05.2026 [23:04]
Media: ABŞ Raul Kastronun həbs olunması ehtimalını nəzərdən keçirir
- 16.05.2026 [22:59]
BDU-da “Turan” ansamblının mühazirə-konserti təşkil olunub
- 16.05.2026 [22:46]