Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın COP29 ilə WUF13 arasında strateji əlaqə yaratması mühüm əhəmiyyət kəsb edir – ŞƏRH

Azərbaycanın COP29 ilə WUF13 arasında strateji əlaqə yaratması mühüm əhəmiyyət kəsb edir –  ŞƏRH

Bakı, 17 may, AZƏRTAC

Azərbaycanın son illərdə beynəlxalq müstəvidə artan nüfuzu və qlobal proseslərdə fəal iştirakçılardan birinə çevrilməsi ölkədə həyata keçirilən məqsədyönlü və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli inkişaf strategiyası Azərbaycanın yalnız enerji təhlükəsizliyi və geosiyasi əməkdaşlıq sahələrində deyil, eyni zamanda, dayanıqlı inkişaf, müasir şəhərsalma, ekoloji təhlükəsizlik və postmünaqişə dövründə bərpa modeli istiqamətlərində də beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.

O bildirib ki, bu gün Azərbaycan regional lider dövlət olmaqla yanaşı, qlobal çağırışların həllinə töhfə verən, beynəlxalq təşəbbüslərlə çıxış edən və yeni inkişaf modelləri təqdim edən ölkədir: “Bu mənada işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddət ərzində yenidən qurulması, burada müasir urbanizasiya prinsiplərinin tətbiq edilməsi Azərbaycanın güclü siyasi iradəsinin, iqtisadi potensialının və strateji idarəetmə modelinin bariz nümunəsidir. Həyata keçirilən layihələr yalnız infrastrukturun bərpasını nəzərdə tutmur, eyni zamanda, yeni həyat tərzinin, müasir yaşayış konsepsiyasının və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir”.

Deputat deyib ki, xüsusilə Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü zamanı müzakirə olunan məsələlər Azərbaycanın şəhərsalma sahəsində artan beynəlxalq nüfuzunun göstəricisi hesab edilir. “Sözsüz ki, bu xüsusda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə bağlı verilən tarixi qərar da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq beynəlxalq şəhərsalma gündəliyinin formalaşdırılmasında iştirak edən, urbanizasiya siyasətinə töhfə verən və innovativ idarəetmə modelləri təqdim edən dövlətlər sırasındadır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri müasir texnologiyaların, rəqəmsal idarəetmənin, yaşıl enerji həllərinin və ekoloji tarazlığın birgə tətbiqinə əsaslanır. Bu layihələr göstərir ki, Azərbaycan postmünaqişə dövründə yalnız dağıntıların aradan qaldırılması ilə kifayətlənmir, eyni zamanda, gələcəyin şəhər modelini qurur. Burada tətbiq olunan konsepsiyalar enerji səmərəliliyi, ətraf mühitin qorunması, innovativ nəqliyyat sistemləri, rəqəmsal xidmətlər və insanların rahat yaşayışının təmin olunması kimi vacib istiqamətləri əhatə edir. Bu baxımdan Azərbaycanın təqdim etdiyi model bir çox ölkələr üçün praktik nümunə kimi dəyərləndirilir”, - deyə o diqqətə çatdırıb.

Sevinc Hüseynova hesab edir ki, Bakının WUF13 forumuna ev sahibliyi etməsi də Azərbaycanın beynəlxalq nüfuzunun növbəti mühüm göstəricisidir: “Ümumdünya Şəhərsalma Forumu BMT sistemində urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biridir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Eyni zamanda, bu forum Azərbaycanın təşkilati imkanlarını, institusional potensialını və beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi sahəsində qazandığı təcrübəni nümayiş etdirir. Son illərdə Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin qlobal səviyyədə etimad qazandığını göstərir. Xüsusilə COP29 kimi mühüm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim siyasəti və dayanıqlı inkişaf sahəsində fəal mövqeyini ortaya qoydu. COP29-dan sonra WUF13 forumunun da Azərbaycana həvalə olunması təsdiq edir ki, ölkəmiz artıq yalnız beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, qlobal gündəliyin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilir”.

Deputat vurğulayıb ki, Azərbaycanın COP29 ilə WUF13 arasında strateji əlaqə yaratması mühüm əhəmiyyət kəsb edir. “Müasir dövrdə şəhərsalma məsələləri artıq yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır. Bu sahə iqlim təhlükəsizliyi, ekoloji davamlılıq, sosial rifah, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf kimi vacib istiqamətlərlə sıx şəkildə bağlıdır. Azərbaycan isə bu yanaşmanı praktik səviyyədə tətbiq edərək qlobal çağırışlara innovativ cavab verir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə alternativ enerji mənbələrinin tətbiqi, ekoloji tarazlığın qorunması və “yaşıl enerji zonası” konsepsiyasının reallaşdırılması dövlətimizin müasir inkişaf strategiyasının əsas elementlərindəndir. “WUF13 Bakı standartları” anlayışının formalaşdırılması isə Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində yeni idarəetmə modeli təqdim etdiyini göstərir. Bu standartların gələcək beynəlxalq forumlar üçün nümunə kimi qəbul olunması Azərbaycanın institusional idarəetmə təcrübəsinin və təşkilati bacarıqlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir. Azərbaycanın şəhərsalma siyasətində diqqət çəkən mühüm məqamlardan biri də milli-mənəvi dəyərlərlə müasir urbanizasiya prinsiplərinin vəhdətinin qorunmasıdır. Şuşanın tarixi-mədəni simasının bərpası, Ağdam şəhərinin yeni Baş plan əsasında yenidən qurulması, Zəngilan və Füzulidə həyata keçirilən “Ağıllı kənd” layihələri göstərir ki, Azərbaycan öz milli irsini qorumaqla yanaşı, müasir texnologiyaları və beynəlxalq standartları uğurla tətbiq edir. Bu yanaşma həm milli kimliyin qorunmasına, həm də müasir və rahat yaşayış mühitinin formalaşdırılmasına xidmət edir”, - deyə Sevinc Hüseynova qeyd edib.

Müxbir - Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı və Qaradağın bəzi ərailərinin qaz təchizatında fasilə olacaq

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib